<b>Nazir Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını alqışlayır</b>
12 iyul 2016 11:02 (UTC +04:00)

Nazir Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını alqışlayır

“Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir: “Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

APA Baycan

Oxşar yazılar