[b]Atəşkəs rejimi 26 dəfə pozulub[/b]
15 mart 2019 10:31 (UTC +04:00)

[b]Atəşkəs rejimi 26 dəfə pozulub[/b]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da  istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar