"Referendum sabitliyin qorunmasına xidmət edir" - <span style="color:red;">MSK sədri
18 avqust 2016 11:51 (UTC +04:00)

"Referendum sabitliyin qorunmasına xidmət edir" - MSK sədri

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilir.

 

APA-nın məlumatına görə, seminar-müşavirənin açılışında çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, seminar-müşavirə Azərbaycan prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissədə icrası ilə bağlı təşkil edilir.

 

M. Pənahov sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçiriləcəyini, bu referendumun tarixi əhəmiyyət daşıdığını söyləyib: “Referendum Azərbaycanda sabitliyin qorunmasına xidmət edir. Azərbaycan sürətlə inkişaf edir, əhalinin həyat şəraiti yaxşılaşır. Biz seçkiləri yüksək standartdarla keçirmişik, bu referendumu da yüksək səviyyədə keçirməliyik”.

 

M. Pənahov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin reytinqi çox yüksəkdir: “Ancaq hansısa ölkələrin daxili işlərinə qarışmaq istəyirlərsə, buna seçki yolu ilə qarışırlar. Azərbaycanı istəməyən qüvvələrə, insanlara bəhanə verməməliyik. Aşağı seçki komissiyalarını, seçiciləri, seçki subyektlərini nə qədər maarifləndirsək, buna o qədər çox nail olacağı. Çalışacağıq ki, qarşıdan referendum Azərbaycan tarixinə qızıl hərflərlə yazılsın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

APA Baycan

Oxşar yazılar