<b>"...bu, sülh prosesini öldürmək deməkdir" </b>- <span style="color:red;">Elmar Məmmədyarov
01 dekabr 2016 13:01 (UTC +04:00)

"...bu, sülh prosesini öldürmək deməkdir" - Elmar Məmmədyarov

 

"Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir".

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

O, bu bəyanatları izlədiklərini deyib: "Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Danışıqların hansı istiqamətində aparılması sirr deyilir. Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da oranın sakinləridirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

APA Baycan

Oxşar yazılar