İran Yaxın Şərq regionu üçün ƏSAS TƏHLÜKƏ  adlandırıldı
20 noyabr 2021 13:51 (UTC +04:00)

İran Yaxın Şərq regionu üçün ƏSAS TƏHLÜKƏ adlandırıldı

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İranı Yaxın Şərq regionu üçün əsas təhlükələrdən biri adlandırıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Bəhreynin paytaxtında təşkil etdiyi “Manama Dialoqu” konfransında çıxışı zamanı deyib.

"Qarşılaşdığımız ən mühüm problemlərdən dördünün adını çəkmək istərdim. Bu, pandemiya, iqlim dəyişikliyi, terrorizm və İrandır”, -deyə o bildirib.

Tehranla nüvə sazişi ətrafında yaranmış vəziyyətdən danışan nazir vurğulayıb ki, Vaşinqton bu problemi diplomatiya yolu ilə həll etməkdə qərarlıdır, lakin ABŞ öz təhlükəsizliyini təmin etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdır.

"Mən İran rəhbərliyinin sabitliyi pozan hərəkətlərindən, həmçinin terrorizmə, təhlükəli ortaqlarına və nüvə proqramına verdiyi dəstəkdən narahatlığımızı ifadə etmək istəyirəm.

ABŞ İranın nüvə silahına malik olmasının qarşısını almaq istiqamətində fəaliyyətinə sadiqdir. Biz bu məsələnin diplomatik üsullarla həllinə istəyirik, lakin əgər İran problemin həllinə ciddi şəkildə qarışmaq istəməsə, o zaman ölkəmizin təhlükəsizliyini qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik.

Biz və tərəfdaşlarımız nüvə sazişi üzrə danışıqlara xoş niyyətlə qayıdırıq, lakin İranın son aylardakı hərəkətlərini, xüsusən də nüvə proqramını genişləndirdirməsini ümidverici adlandırmaq olmaz”, - Pentaqonun rəhbəri vurğulayıb.

# 2310
avatar

Oxşar yazılar