Ermənilər Gədəbəy, Kəlbəcər və Laçını atəşə tutub
17 iyun 2023 12:17 (UTC +04:00)

Ermənilər Gədəbəy, Kəlbəcər və Laçını atəşə tutub

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Oxşar yazılar