Asiya Parlament Assambleyası: Səslərin sayılması prosesi şəffaf aparılıb
08 fevral 2024 09:58 (UTC +04:00)

Asiya Parlament Assambleyası: Səslərin sayılması prosesi şəffaf aparılıb

Bakıda 6 seçki məntəqəsində və Bakıdan kənarda müşahidələr apardıq.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının üzvü İlyas Topsakal növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bu seçkilər hər bir elementi ilə yüksək səviyyədə təşkil edilib.

“Dünyanın müxtəlif ölkələrində seçki prosesində iştirak etmişik. Azərbaycanda keçirilən seçkilərdə səs saylarının sayılması prosesində də iştirak etdik. Bu prosesi təkcə Asiya Parlament Assambleyası deyil, digər beynəlxalq təşkilatlar da müşahidə edib. Prezident İlham Əliyevin bu seçkidə qələbə qazandığının şahidi olduq. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirik. Türkiyə Böyük Millət Məclisinin millət vəkili olaraq da qardaş Azərbaycan xalqını təbrik edirəm”, - İlyas Topsakal əlavə edib.

# 2667
avatar

Oxşar yazılar