Yerli və beynəlxalq jurnalistlər Ermənistan silahlı qüvvələrinin hücumu altındadır.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
O qeyd edib ki, Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndində olan yerli və beynəlxalq jurnalistlər Ermənistan silahlı qüvvələrinin hücumu altındadır.