Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib.
O vurğulayıb ki, müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Xarici İşlər naziri mövcud vəziyyəti qiymətləndirib.
“Nazirlər həmçinin vurğuladılar ki, bütün regional aktyorlar silahlı qarşıdurmanın dayanmasına və sülhə töhfə verməlidirlər”, - C. Borrell qeyd edib.