“Rüstəm İbrahimbəyov biznesinə görə danışmır”-MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi
- Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov payızda müxalifət nümayəndələri ilə görüş gözlənildiyini deyib. Sizcə, bu görüş hansı formatda keçirilməlidir və orada hansı məsələlər müzakirə olunmalıdır?
- Hökumət müxalifətin nə düşündüyünü bilir. Əvvəla, ona görə ki, biz mətbuatda mütəmadi olaraq fikirlərimizi açıqlayırıq. Amma yenə də hesab edirəm ki, görüş olmalı, müxalifətin fikirləri öyrənilməli, həm də müzakirə aparılmalıdır. Nəticədə, müxalifətin dövlət həyatında rolunun artırılması istiqamətində qərarlar qəbul olunmalıdır. Məncə, bu görüşlər konkret nəticələrə hesablanmalı, müxalifətin cəmiyyətin həyatında rolu, iştirakı artırılmalıdır. Hesab edirəm ki, bu görüşlər cəmiyyətin bütün təbəqələri ilə, özü də mütəmadi keçirilməlidir. Belə görüşlərin yalnız faydası var.
- Mətbuatda İctimai Palatanın 2013-cü il prezident seçkilərinə vahid namizədlə gedib-getməyəcəyi barədə müxtəlif yazılar yer alır. Siz necə düşünürsünüz, Palata seçkiyə vahid namizədlə gedə biləcəkmi?
- Vahid namizəd məsələsi ilə bağlı ola bilsin bəzi partiyalar, bloklar namizədin müəyyənləşdirilməsi, bu istiqamətdə müzakirələrin aparılmasını erkən hesab edirlər. Amma mən düşünürəm ki, indi vahid namizəd məsələsinin prosedurlarını müəyyənləşdirmək olar. Ən azından, məqamı çatanda konkret addım atmaq üçün lazım olacaq. Elə partiyalar, elə qüvvələr var ki, orada narahatçılıq yoxdur. O cümədən, bizim partiyada da narahatçılıq yoxdur. Amma İctimai Palatada ciddi narahatçılıq hiss edilir. Bu narahatçılığı aradan qaldırmaq qrupun başında duranların borcudur. Amma onlar əgər bu narahatçılığı aradan qaldırmırsa, əvəzində insanlara süni formada “sən sakit ol, hələ tezdir” deyirsə, bununla iş getməyəcək. Əgər partiya üzvləri arasında narahatçılıq varsa, bunu aradan qaldırmaq lazımdır. Aradan qaldıra bilmirlərsə, deməli, onlar lider kimi zəifdirlər. Bu mənada, özləri də istəmədən bu siqnalı tərəfdarlarına da, ictimaiyyətə də ötürürlər. Əgər bir partiya sədri məhdud tərəfdarları arasında konsensus yarada bilmirsə, bir dövlətdə necə konsensus qura bilər? Bu məsələni həm də ona görə həll etmək mümkün olmur ki, zorən müttəfiqliklə heç nəyə nail olmaq mümkün deyil. Biz bunu “Demkonqres”, SİDSUH, “Azadlıq” blokunun təcrübəsində də görmüşük. Hər dəfə bloklar yaranır, sonradan bir-birlərinə qarşılıqlı ittihamlar səsləndirməklə dağılır. Fikrimcə, prezident seçkisi yaxınlaşdıqca İctimai Palatada gərginlik artacaq və onlardan ciddi nəticə gözləyə dəyməz.
- Yəni, İctimai Palata prezident seçkisinə vahid namizədlə gedə bilməyəcək?
- Bu ehtimal həddindən artıq azdır. Bunun kökündə həm də o durur ki, İctimai Palatadakı partiyaların rəhbərləri öz tərəfdarlarına daim digər partiyaya yönəlik nifrət aşılayıblar: AXCP Müsavata, Müsavat isə AXCP-yə.
- Bir müddət əvvəl Müsavat başqanı İsa Qəmbər Yeni Azərbaycan Partiyasında da namizədin müəyyənləşdirilməsi ilə bağlı problem və polemika olacağını demişdi. Siz də həmkarınız kimi düşünürsünüz?
- Mən belə münasibətləri oxuyanda bu insanların Azərbaycanda yaşayıb, doğurdanmı siyasətlə məşğul olmalarına təəccüblənirəm. Elə məsələlər barədə müzakirə açırlar ki, adam təəccüb edir ki, bunlar siyasətçidir, yoxsa başqa peşə ilə məşğuldur? YAP-ın vahid namizədinin İlham Əliyev olacağına şübhə yoxdur. Bunu artıq YAP rəsmiləri də bəyan ediblər. Orda alternativ namizəd və problem, polemika olmadığını görmək elə də çətin deyil.
- Akademik Rafiq Əliyevin İctimai Palatanın vahid namizədi olmasının mümkünlüyü barədə müxalifət qəzetlərində yazılar yer alıb. Sizcə bu, mümkündürmü?
- Rafiq Əliyev də ola bilər, başqası da. Məlumatım var ki, İctimai Palatada həm Cəmil Həsənlinin, həm də Ərəstun Oruclunun namizədliyi müzakirə olunub. Əlbəttə, AXCP ilə Müsavatın münasibətlərini nəzərə alanda, o düşərgə üçün ən uğurlu variant bir müstəqil politoloq və ya ziyalının namizədliyi ola bilər. Bu isə seçkidə uğur qazanmaq üçün deyil, İctimai Palatanı dağılmaqdan qorumaq üçün atılan addım ola bilər.
- Sizin özünüzün prezidentliyə namizəd olmağınız gözlənilirmi, yaxud, blok və ya partiya olaraq seçkiyə qatılacaqsınızmı?
- Bizim partiya çalışacaq ki, “İslahat” bloku seçkiyə vahid namizədlə getsin. Mümkün olsa, başqa partiyaları da cəlb edəcəyik.
- Amma yəqin ki, indiki iqtidarın namizədinin rəqibləri üçün asan olmayacaq...
- Mən ümumilikdə bütün müxalifətin bu seçkidə uğur qazanacağına ciddi şübhə ilə yanaşıram. Sadəcə, partiyamızın təbliği baxımından bu seçkidən maksimum faydalanmaq istəyirik. Amma təbii ki, bu yarışa qələbə üçün qatılacağıq.
- Rüstəm İbrahimbəyovla bağlı mətbuatda yazılanlara, polemikalara münasibətiniz necədir? Bu polemikaları izləyirsinizmi?
- Əlbəttə izləyirəm. Amma mən hesab etmirəm ki, Rüstəm İbrahimbəyovun hakimiyyətə qarşı başladığı tənqidi kampaniya onun mülklərini, biznesini qoruma davasıdı. Rüstəm İbrahimbəyovun Kino Evi üçün yer də ayrılmışdı, ona bu hakimiyyət tərəfindən kifayət qədər diqqət də, hörmət də göstərilirdi, qardaşı da millət vəkili idi. Heç onu da hesab eləmirəm ki, Rüstəm İbrahimbəyov bu gün vicdanının səsi ilə danışır. Hesab edirəm ki, belə danışmağı ona Rusiyadakı bəzi vəzifəli dostları məsləhət görüblər.
Mən hökumətin onun tənqidinə reaksiyasını da təbii qəbul edirəm. Rüstəm İbrahimbəyov hökuməti tənqid edirsə, hökumət də ona cavab verəcək. Kimsə düşünürsə ki, vaxtilə Rüstəm İbrahimbəyov yüksək qiymətləndirildiyi üçün indi o, istədiyini danışa bilər, məncə. bu səhv yanaşmadı. Çünki bunlar qarşılıqlıdır. Sadəcə, Rüstəm İbrahimbəyovun istedadlı kinorejissor olması barədə müzakirələri başa düşmürəm. Məncə, bunu şübhə eləmək düzgün deyil. Onu şübhə altına almaq olar ki, məsələn, ölkənin ağır problemi olan Dağlıq Qarabağ problemi barədə bu qədər tanınmış rejissor niyə öz imkanlarından istifadə edib bir sənət əsəri yaratmayıb? Ya da hansısa ictimai-siyasi hadisəyə vətəndaş, ziyalı mövqeyini ortaya qoymayıb. Eynulla Fətullayev də bunu yazmışdı. Əslində Eynulla Fətullayevin bu məsələ ilə bağlı mövqeyi başa düşüləndi. İndi Eynullaya əks arqument kimi deyirlər ki, Rüstəm İbrahimbəyov o vaxt başa düşürmüş ki, Eynulla Fətullayev nə zamansa hökumətlə dil tapacaq, ona görə də ortada qalmaq istəməyib. İndi eyni arqument elə Rüstəm İbrahimbəyova da aid edilir. Bu gün Rüstəm İbrahimbəyova belə danışmağı məsləhət görənlər sabah başqa cür danışmağın lazım olduğunu desələr, eyni məntiqlə indi onu müdafiə eləyənlər nə edəcəklər?
Rüstəm İbrahimbəyov bu gün siyasətlə məşğul olur, birbaşa Kinomatoqrafçılar İttifaqından siyasi məqsədlər üçün faydalanır, manipulyasiya edir və s ittihamlar da səslənir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda nə qədər yaradıcılıq ittifaqları, təşkilatları var. Onların əksəriyyəti də indiki iqtidarın siyasətini dəstəkləyir və bunun özü də elə siyasətlə məşğul olmaqdır. Buna görə də müxlaifət mütəmadi olaraq həmin yaradıcı təşkilatları tənqid edir. Rüstəm İbrahimbəyov da indi siyasətlə məşğul olub, müxalifətin yanında durursa, onu da hökumət siyasətçilərinin tənqid eləməsi təbiidi. Bu gün ona dəstək verən müxalifətçilər də bunu təbii qəbul eləməlidirlər. Çünki qarşı tərəfin Rüstəm İbrahimbəyov üçün səsləndirdiyi tənqidi, onlar da başqa bir yaradıcı təşkilatın rəhbəri, məsələn, yazıçı Anara qarşı illərdir ki, səsləndirirlər. Müxalifət illərdir ki, Anara hücum edir. Əgər bunu eləmək qəbuledilməzdirsə, hər iki tərəf üçün belə olmalıdır.

570