ADA-nın Asiya və Afrika diplomatları üçün kursları başa çatıb - FOTO
Dərslərin bitməsi münasibət ilə kurs dinləyicilərini təbrik edən Xarici İşlər Nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib ki, proqram Afrika və Asiyadan gələn iştirakçılar üçün Azərbaycanın siyasi, iqtisadi nailiyyətləri, eyni zamanda mədəniyyəti, tarixi haqqında məlumat almaq üçün yaxşı imkanlar yaradıb.
Tələbələr adından çıxış edən Nepallı diplomat Sharma Pokharel Azərbaycanın onların yaddaşında xüsusi iz buraxdığını, burada aldıqları biliklərin və insan səmimiyyətini yüksək qiymətləndirdiklərini qeyd edib.
Tədbirin sonunda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.
Xatırladaq ki, təlimə Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma, Malayziya kimi ölkələrdən, əsasən birinci və ikinci katib vəzifəsini daşıyan 14 diplomat qatılıb.
Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyiblər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti, Mərkəzi Bank və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyiblər.
Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Qubaya, Qobustana səfər ediblər, Bibiheybət məscidi, Səngəçal terminalı və digər mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər.

Oxşar yazılar

“Daşnaksütyun” bizim üçün qalxan rolunu oynayırdı" - Arayikin məhkəməsində ŞOK ETİRAFLAR
22 may 2025 , 21:24
Bu ölkədə rus casuslarının hazırlanması üçün “fabrik” açılıb – İDDİA
22 may 2025 , 19:08
İki düşmən deputat duelə çıxır
22 may 2025 , 18:06
Ermənilərin məhkəməsində ifşaedici material nümayiş olundu
22 may 2025 , 16:40
David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb - VİDEOFAKT
22 may 2025 , 15:50
Prezidentin Macarıstan səfərindən VİDEO
21 may 2025 , 22:28
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib?
21 may 2025 , 16:00