Dadaş Rzayev: “Artıq hücum planı hazırlamışdım, heç kimə də demirdim” - MÜSAHİBƏ
“Dedilər ki, niyə Ermənistan ərazisinə girmisən, tez geri çəkil…”
Lent.az-ın “Persona” rubrikasının qonağı general-mayor, sovet ordusunda baş leytenant olarkən silahdaşları arasında “Qızıl ulduz” ordeni alan ilk azərbaycanlı, Milli Ordumuzun ilk generalı, sabiq müdafiə naziri Dadaş Rzayevdir. Bu gün – dekabrın 22-də 75 yaşı tamam olan Dadaş Rzayev keçdiyi ömür yolundan, xatirələrindən, arzularından danışdı…
- Həyatınızın indiki anında hərbi qulluq üçün darıxdığınız anlar olub?
- 40 il qulluq edəndən sonra, 1995-ci ildən bu günə kimi fasilə olub. Mənim daha hərbi qulluğa qayıtmaq arzum yoxdur. Ancaq bu gün, sabah Qarabağda müharibə ilə bağlı mənə müraciət etsələr, mən o fikrimi dəyişər və hərbiyə qayıdaram.
- Övladlarınızdan, nəvələrinizdən hərb sənətini davam etdirəni olubmu?
- Oğlum Lvovda Ali Hərbi-Siyasi Məktəbi qurtarıb, mayor rütbəsinə qədər yüksəlmişdi. Sonra ordudan getdi.
Nəvələrimə gəlincə, 2 nəvəm var. Biri bizneslə məşğuldur, digəri hərbi qulluğa gedəcək. Bir oğlum da var, birinci sinfə gedir. Gələcəkdə mənim yerimi tutacaq. Mənim arzum belədir.
- Bəs hərbi sənətə gəlişiniz necə olub?
- Mənim uşaqlıqdan əsas arzum təyyarəçi olmaq idi. Çünki kəndimizin yaxınlığında İkinci Dünya Müharibəsindən qalmış bir aerodrom vardı. O aerodromdan rus təyyarəçiləri çox uçurdular. Biz o vaxt 6-7-ci sinifdə oxuyurduq, o aerodroma tez-tez gedirdik. O vaxt mənimlə oxuyan oğlanların hamısı təyyarəçi olmaq istəyirdi. Ancaq 1953-cü ildə Politexnik İnstitutuna daxil olub, 1 il oxuyandan sonra 1954-cü ildə orduya çağırıldım. Heç yadımdan çıxmaz, Biləcəridə bir neçə çağırışçı ilə Vernixov familiyalı kapitana yaxınlaşdıq ki, bizi hərbi aviasiya hissəsinə aparsınlar. Dərhal ad-familiyamızı dəftərçəsinə qeyd etdi. Bir gündən sonra bizi eşalonla Belarusun Vitebsk şəhərinə göndərdilər. Yola düşəndə həmin kapitan da bizimlə idi. Sevinirdim km, təyyarəçi olacam. Lakin hərbi hissəyə çatanda gördük ki, əsgərlərin hamısı desant formasındadırlar. Əlbəttə, bir az məyus oldum…
Vitebsk şəhərində 3 ay karantin keçmişəm. Heç bir ay xidmət etməmişdim ki, məni çavuş məktəbinə göndərdilər. Bir il təhsil aldıqdan sonra çavuş rütbəsi ilə qayıdıb manqa komandiri kimi xidmətimi davam etdirdim. Hərbi qulluq o vaxt 3 il idi. Hərbi qulluğu başa vurmağa 6 ay qalmış 2500 nəfərin içərisində 3 nəfəri seçdilər. Onlardan biri rus, biri ukraynalı, bir də mən idim. Bizi nə üçün seçdiklərini bilmirdik. Bizi polkun qərargahına çağırdılar. Kadrlar şöbəsinin rəisi dedi ki, sizi diviziya komandirinin birinci müavininin yanına çağırırlar. Əsgər nə edə bilər, əmr əmrdir! 2,5 il yarım qulluq edəndən sonra mən artıq rus dilini ruslardan pis bilmirdim. Çavuş rütbəsi vermişdilər, manqa komandiri idim, tabeliyimdə 8 əsgər vardı. Mən qulluq etdiyim polkda 1 nəfər olsun belə azərbaycanlı yox idi. Diviziya komandirinin müavini polkovnik Dranişevin yanına gəldik. O bildirdi ki, diviziya komandirinin əmri ilə siz Alma-Ataya hərbi məktəbə oxumağa gedirsiniz, gələcəkdə zabit olacaqsınız. 3-dən biri, mənim ən yaxın dostum olan sibirli İvan Berezin istəmədiyini söylədi. Polkovnik qayıtdı ki, istəmirəm nə deməkdir, əmri yerinə yetirməmək olmaz, gedin hazırlaşın. Açığı, mən də getmək istəmədiyimi söyləmək istəyirdim. Gördüm ki, mənası yoxdur. Həm də manqa komandiri bunu söyləyə bilməz, çünki əmr əmrdir.
Hazırlaşdıq. Bizə 10 gün məzuniyyət verdilər. Yol, yemək pulu verildi. Belarusdan Alma-Ataya 10 günə gəlib çatdıq. Bizi heç kim müşayiət etmirdi, manqa komandiri olduğum üçün onlara rəhbərliyi mənə tapşırmışdılar. Onu da deyim ki, indi ata-ana, bacı-qardaş yığılır ki, 1 nəfəri əsgərliyə yola salırlar. Bu, gülməlidir. Nə isə...
Alma-Ataya çatdıq, hərbi məktəbə gedib məruzə etdik. Sənədlərimizi aldılar. Sən demə, biz Alma-Ataya gələnə qədər şəxsi işimizi rayon hərbi komissarlığından istəyiblər, attestatın sürəti, bütün tərcümeyi-halımız hərbi məktəbdə vardı. Bizi imtahanlara hazırlaşdırmağa başladılar. Düzünü deyim, üçümüz də danışmışıq ki, imtahanları “2” qiymətlə verəcəyik ki, bizi hərbi məktəbə qəbul etməsinlər. Üçümüz də “2”, “3” qiymətləri alırıq. İmtahanları qurtardıq. General Xolodun rəhbərlik etdiyi komissiya bizi qəbul edirdi. Bizi bir-bir çağırırdılar. Orada “hə”, “yox” cavabı verilirdi. Birinci İvan Berezin girdi, gülə-gülə çıxdı. Dedi ki, mən oxumayacam. İkinci Yaşşinka girdi. Başı aşağı çıxdı ki, məni qəbul etdilər. Mən girib məruzə etdim. General qayıtdı ki, bu nədir, sizin attestatınız buradadır, qiymətlərin hamısı “4” və “5”-dir, necə olur ki, riyaziyyatdan “2” alırsınız? General dedi ki, yaxşı, siz azərbaycanlısınız, desant ordusunda Azərbaycan xalqının oğlu yoxdur, biz səni qəbul edirik.
- Deməli, taleyin yazısından qaça bilmədiniz?
- Qaça bilmədim. Qəbul edəndən sonra o saat mənə manqa verdilər. Oxumağa başladım. 1 ay sonra artıq bütün gücümlə oxumağa başladım. Artıq birdəfəlik qarşıma məqsəd qoydum ki, bu yolla getməliyəm. Sona qədər getdim. Nə atamı, nə anamı, nə qohumlarımı, nə Azərbaycan xalqını başıaşağı etmədim, desant qüvvələrində layiqincə xidmət etdim. Çoxlu sayda mükafatlar, təşəkkürlər, orden və medallar aldım. Hərbi qulluqda olduğum dövrdə heç bir vaxt məndən soruşmadılar ki, səni hansı vəzifəyə təyin edək. Vəzifəyə təyinatla bağlı əmiri verib, deyirdilər ki, get. Mən heç vaxt heç kimdən xahiş etməmişəm ki, mənə vəzifə verin, yad da məni burada saxlayın. Hərbi qulluq dövründə 18 dəfə yer dəyişmişəm. Çünki işimi görürdülər, vəzifəmi qaldırmaq üçün bu polkda yer olmayanda digər polka göndərirdilər. İnsanlar vardı ki, getmirdilər, elə eyni vəzifədə qalırdılar. O insanlar inkişaf etmir, elə o vəzifədən də pensiyaya gedirdilər. Amma mən qarşıma məqsəd qoymuşdum, hara göndərirdilər, gedirdim. 1970-ci ildə Moskvaya, Frunze adına Ali Hərbi Akademiyaya getdim, oxuyandan sonra birbaşa məni alay komandiri təyin etdilər, vaxtından əvvəl podpolkovnik rütbəsi aldım. Birbaşa alay komandiri təyinatı Akademiyanın tarixində olmamışdı. Akademiyanın tarixində ilk dəfə diplomu alandan sonra 350 nəfərdən 5 nəfəri alay komandiri təyin etdilər, biri də mən idim.
Həmin vaxt SSRİ-də 22 hərbi dairə vardı. 22 hərbi dairənin komandanları Hərbi Akademiyaya gəlib, özlərinə kadr seçirdilər. Birinci dəfə məni Uzaq Şərq Hərbi Dairəsinin komandanı, ordu generalı Losik seçib. Bunu bizim komandanımız Margelov eşidən kimi kadrlar şöbəsinin rəhbərini çağırıb, ona möhkəm töhmət verib. Deyib ki, necə olub ki, bizim kadr piyada qoşunlara gedib? 2 saatın içərisində məni çağırdılar. Margelov dedi ki, mən özüm Losiklə danışaram, sən heç hara getmirsən, öz ordunda qalırsan. 3 gün keçmədi, məni çağırdılar, sərəncam verib Pribaltika Hərbi Dairəsində alay komandiri təyin etdi. Kapsuka şəhərinə gəldim və işləməyə başladım. 1,5 il işləyəndən sonra alay diviziyada 5 alay içərisində birinci yerdə oldu. Ondan sonra diviziya komandiri tez-tez yanıma gəlirdi. Mən alayda çox yeniliklər edirdim.
- Bu yeniliklər sırasında hansını qeyd edə bilərsiniz?
- Məsələn, 300 BMP qarajdan özü çıxırdı. Növbətçi düyməni basırdı, qapılar açılırdı, ikinci düyməni basırdı, 300 BMP öz-özünə işə düşürdü. Həyəcan siqnalı olanda bu müddət ərzində heyət BMP-lərə minirdi. Maşın hazır idi, sür, get. Daha onu təzədən qızdıraraq yoxlayıb, işə salmaq lazım deyildi. Çünki maşınlar hamısı yoxlanaraq qaraja qoyulurdu. Ancaq heyət kazarmadan qaraja gələnə kimi mühərrik qızırdı, sürüb getmək olurdu. Ona görə də komandir məni nümunə göstərirdi.
Bakıda “Salyanski kazarma”da desant alayı vardı. 1 il bu alayın komandiri, 4 il Gəncədə hərbi-desant dviziyası komandirinin birinci müavini oldum. Sonra SSRİ ordusunda islahatlar başladı, “Salyanski kazarma”da desant alayını ləğv etdilər. Bu alayın nəzdində iki briqada yaratdılar. Alayın əsas özəyini mənə verdilər. Beləliklə, 1978-ci ildə məni general vəzifəsində Lvov vilayətində yerləşən əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri təyin etdilər. SSRİ-də yeganə briqada idi ki, yüz faiz hər şeylə təmin edilmişdi və komplektləşdirilmişdi. Sanitarlarına, tibb bacılarına, aşpazlarına kimi hər şeyi vardı. Briqadada 120-yə yaxın hərbi vertolyot, 5500 nəfər şəxsi heyət vardı. 4 il o briqadanın komandiri oldum. O vaxt SSRİ-nin özündə 22 hərbi dairə, bundan əlavə, Almaniya, Çexoslovakiya, Polşa, Bolqarıstan, Macarıstan kimi ölkələrdəki hərbi dairələrin komandanları hər il bizim briqadada görüş keçirirdilər. Bu görüşləri SSRİ müdafiə naziri, onun müavinləri, SSRİ-nin ən böyük inspektoru marşal Moskalenko keçirirdi. Sovet ordusunda ilk dəfə əsgərlər 4 nəfər olmaqla “kubrik”də yaşayırdılar. Əsgərlərə ilk dəfə icazə verilmişdi ki, idman formaları olsun. Otaqlarına kiçik televizorlar qoyulmuşdu. Yataqxana kimi düzəldilmişdi.
4 il orada işləyəndən sonra 1982-ci ildə məni Moskvaya çağırdılar, təcili Həbəşistana göndərdilər.
- Həbəşistanda nə işlə məşğul oldunuz?
- 4 il diviziya komandirinin məsləhətçisi oldum. Böyük işlər gördük, orada da briqada yaratdıq. Faktiki 4 il müharibədə oldum. 4 ildən sonra qayıtdıq. Məni Moskvada saxlamaq istədilər, Pribaltika Hərbi Dairəsinin qərargahında böyük vəzifə təklif etdilər. O vaxt atam xəstələnmişdi, yaşı da çox idi. Atam dedi ki, orada-burada olduğun bəsdir, öz yurd-yuvana qayıt. Dostlarım, yoldaşlarım dedilər ki, hara gedirsən, burada gələcəyin var... Allah nə yazıb, ondan heç yana gedə bilməzsən. Zaqafqaziya Hərbi Dairəsinə göndərdilər. Hərbi dairə Tiflisdə idi, gəldim, məni qəbul etdilər. Elə birinci dedilər ki, Bakıda yaxşı bir rayon var, səni ora hərbi komissar göndərək. Dedim, başınız xarabdır, hərbi komissar olmaq istəsəydim, hələ mayor olanda, 1970-ci ildə komissar olardım. İndi mən 1985-ci ildə komissarlığa gedim? İstəmirəm, məni tərxis edin! Orada mənimlə qurtaran bir polkovnik vardı. O mənə dedi ki, sənin başın doğurdan da xarabdır. Soruşdu ki, sən bilirsən ki, hərbi komissarlıq nədir? Filan qədər pul verirlər ki, o vəzifəyə getsinlər, səni ora komissar göndərirlər, etiraz edirsən. Hərbi dairədən Moskvaya zəng etdilər. Moskva zəng edəndə oradan birbaşa sərəncam gəldi, 26-lar, indiki Səbail rayonunun komissarı təyin olundum.
Hərbi komissar oldum. Gördüm ki, komissarlığın binası rayonumuzda yox, Xətaidə yerləşib. Bu nə hoqqadır? Rayonun birinci katibi Xəlil Xəlilovun yanına getdik. Allah rəhmət etsin, dedi ki, mən hərbi komissarlığın binasının digər rayonda yerləşdiyini bilmirdim, bu barədə mənə heç kim bir söz deməyib. Komissarlıq üçün yaxşı bir yer aldıq, işləməyə başladıq. 1986-cı ildən 1989-cu ilə kimi hərbi komissar oldum. O vaxt Qarabağa Xalq Yardımı Komitəsi yaradıldı, bir hərbçi kimi məni ora dəvət etdilər. 1989-cu ildən 1991-ci ilə kimi orada çalışdım. O vaxt Dağlıq Qarabağda ermənilərin əlində xeyli dolu dağıdan top vardı. Həmin mərkəzləri mən aşkar etdim və ermənilərin bizə qarşı işlətdikləri 200 ədəd 100 millimetrlik top ələ keçirdik. 80 ədəd “Alazan” qurğusunu da ermənilərin əlindən aldıq. 10 tondan artıq partlayıcı maddə aşkar edərək götürdük. Həmin bu sadaladıqlarımı Ağdam rayonunda Uzundərə adlanan hərbi sursat anbarına yığdıq.
- Milli Orduya gəlişiniz necə oldu?
- Milli Ordunun yaradılması barədə qərar veriləndən sonra Valeh Bərşadlını nazir təyin etdilər. Valeh Bərşadlı məni çağırdı, dedi ki, müharibə təcrübən var, böyük yol keçmisən, mənim birinci müavinim, eyni zamanda özünü müdafiə qüvvələrinin komandanı ol. Razılaşdım və işləməyə başladım. Valeh Bərşadlını işləməyə qoymadılar. Valeh Bərşadlı çıxandan sonra başladılar müdafiə nazirini əlcək kimi dəyişməyə. Axırda bir mülki şəxsi müdafiə naziri təyin etdilər. O da gördü ki, işləyə bilmir, Valeh Bərşadlını çağırıb, qərargah rəisi təyin etdi. Məni isə işdən çıxardılar, hələ məni həbs də etdilər, 1 həftə Bakıda “KPZ”-də yatdım. Niyə, hələ indiyə qədər məlum deyil. Sonra günlərin bir günü Valeh Bərşadlı məni çağırdı. Dedi ki, sənin bir tərəfin də qazaxlıdır, Qazax əldən gedir. Get ora, korpus komandiri ol. Dedim ki, necə, məni vəzifədən də çıxarıblar, nazir müavinliyindən korpusa gedim?! Valeh Bərşadlı qayıtdı ki, artıq vəzifə məsələsi deyil, xalqı müdafiə etmək lazımdır. Razılaşdım. Qoltuğuma bir qovluq vurub, ora getdim. 1992-ci il mayın axırları idi. Qısa bir müddətdə 12 min nəfərlik bir korpus yaratdıq. Allah rəhmət etsin, Valeh Bərşadlı texnika, silah-sursatla çox kömək etdi. Qazax, Ağstafa, Tovuz rayonlarında ermənilər 12 kəndi təhlükə altına almışdılar. Biz camaatı evlərinə qaytardıq, təhlükəsizliklərini təmin etdik. Hər yerdə səngərlər qazmağa başladıq. Camaat gördü ki, müdafiə olunurlar. O kəndlərə işıq, qaz verdik. Camaat öz evlərində yaşamağa başladı.
Avqust ayında Gədəbəy rayonunda çox gərgin vəziyyət yarandı. Gədəbəydə ermənilərin yaşadıqları Başkənd qəsəbəsi vardı. Ermənilər oranı “Kiçik Qarabağ” adlandırırdılar. Başkənd Gədəbəy rayonunu iki hissəyə bölmüşdü. 4 il 4 rayon mal-qarasını dağlara çıxara bilməmişdi, Başkənd qoymurdu. Başkənddən aşağıda Mutudərə adlı balaca bir kənd vardı. Ermənilər o kəndi yandırdı, orada 4 əsgərimiz həlak oldu. O kənd yandırılandan sonra Gədəbəydə camaatın arasında təşviş düşdü. Gördük ki, insanlar yüklərini yığıb, gethagetdirlər. Onları geri qaytardıq. Artıq hücum planı hazırlamışdım, heç kimə də demirdim. Bizim içimizdə də satqınlar olacağından qorxurdum. 1992-ci il avqustun 8-də saat 5-də hücuma başladıq, saat 8-də qurtardıq. 3 saat ərzində Başkəndi götürdük. Sərhədi bərpa etdim. Ermənilər 7 dəfə hücum etdilər ki, Başkəndi qaytarsınlar. Mən də heç kimə demirdim ki, Başkəndi götürmüşük. Çünki heç kim mənə Başkəndi götürməyə icazə vermirdi. Səbəb kimi də onu göstərirdilər ki, erməniləri qıcıqlandırmayın, onlar da Gədəbəyə hücum edə bilərlər. 3-4 gün keçdi, gördüm ki, daha heç bir erməni bizə girişə bilməz, Valeh Bərşadlıya zəng etdim ki, Başkəndi götürmüşəm. O da müdafiə nazirinə məruzə etdi. Nə sağ ol dedilər, nə bir mükafat verdilər.
Başkəndi götürəndən sonra Ermənistanın inzibati ərazisinə daxil olan bir kəndi də götürmüşdük. Sərhədi keçib, ermənilərin bir neçə kəndini də darmadağın etdik. Bununla kifayətlənməyib, Ermənistanın Krasnoselsk adlanan rayon mərkəzini qrad və toplarla atəşə tutduq. Bu hadisədən sonra ermənilər 3 gün matəm elan etdilər. Təsəvvür edin ki, bütün Göyçə erməniləri küyə düşmüşdülər ki, türklər Göyçəni geri alırlar. Onlar kütləvi şəkildə İrəvana qaçırdılar. Biz isə Xocalının qisasını almış kimi bir az mənəvi rahatlıq tapdıq. O saat mənə zənglər gəldi. Dedilər ki, niyə Ermənistan ərazisinə girmisən, tez geri çəkil…
Mənim Başkənd döyüşlərinədək xeyli uğurlu əməliyyatlarım olub. Qarabağda Xramord, Xanabad kəndini, Əsgəran rayon mərkəzini dəfələrlə ermənilərdən azad etmişik.
1993-cü ilin fevralından iyun ayına qədər müdafiə naziri vəzifəsində çalışmışam. Ondan sonra bir müddət, 2000-ci ilə kimi Təfəkkür Universitetində hərbi kafedranın müdiri kimi işlədim. Ondan sonra Konfederasiyanın rəhbəri seçildim. Bu Konfederasiya 1997-ci ildən varmış, ancaq heç bir fəaliyyət göstərmirmiş. Ehtiyatda olan zabitlər yığıldılar və məni Konfederasiyanın sədri seçdilər. 2002-ci ildən Konfederasiyanın sədriyəm.
- Hərbiçilərin dostluğu necə olur?
- Əsl dostlar bir, ya iki olar. Mənim hərbçi dostlarım vardı. O dostlarımdan biri – Yevgeni Nikolayeviç Podkolnsk idi, rəhmətə gedib. Onunla Alma-Atada bir yerdə oxuyurduq. Akademiyada da bir yerdə olduq. O da, mən də alay komandiri, o da briqada komandiri, mən də briqada komandiri, o da general, mən də general olduq. O, Rusiyada desant qüvvələrinin komandanı olanda mən də Azərbaycanın müdafiə naziri idim. Bakıya gəldi, mənə təmənnasız 80 PDM bağışlayıb getdi. Dedi ki, sən müdafiə nazirisən, sıravi əsgərlikdən bir yerdə olmuşuq, 80 PDM-i aparmıram, sənə verirəm.
Mənim uşaqlıq dostlarım var, orta məktəbdə bir yerdə oxumuşuq. Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev uşaqlıq dostumdur. 25 il Naftalan sanatoriyasına rəhbərlik edən Fərrux İsmayılov da uşaqlıq dostumdur. Cümşüd Nuriyev də ailəvi dostumdur. Keçmiş prokuror Cahangir Nəsirov da yaxın dostumdur.
Emin Həsənli də həm dostum, həm də oğlumdur.
- Rusiya qoşunları sizin müdafiə naziri olduğunuz vaxt çıxıb. Bu proses necə həyata keçib?
- O proses mənim üçün çətin olmadı, amma o vaxtkı rəhbərlik üçün çətin idi. Elçibəy çağırdı ki, rus ordusunu Azərbaycan çıxartsan, sənə bir qızıl saat bağışlayacam. Mindim vertolyota, Gəncəyə gəldim. Gəncədəki hərbi hissənin komandiri Valeri Şerbak məni çox yaxşı tanıyırdı. O hələ bölük komandiri olanda onu tanıyırdım. Dedim ki, Valeri, buradan çıxmasan, 1-2 gecəyə sənin bütün diviziyanı tərksilah edəcəklər. Siyasət yeritdim, dedim ki, Xalq Cəbhəsi qərarlıdır, ondan sonra sənin halın nə olacaq? Tez bazar şələ-şüləni yığ, çıx. Şerbak da 40 il qulluq edən desantçı kimi mənə inanırdı ki, havayı yerə söz demirəm. Həm də yuxarıda adını çəkdiyim dostum Yevgeni Nikolayeviç Podkolnıya zəng etdim. Dedim ki, Jenya, diviziyanı çıxarmaq lazımdır. Dedi, nə baş verib, təhlükəmi var? Təhlükə olduğunu söylədim. O razılaşdı, əmr verəcəyini bildirdi. 700 təyyarə gətirdi, pişiyə kimi yüklədilər. Özü uçub Bakıya gəldi, mənə 80 BMP bağışladı. Qalan texnikanın hamısını yükləyib apardılar. Mən də ona bir tapança bağışladım. Üzərinə də yazdırdım ki, Desant Qüvvələrinin Komandanı general-polkovnik Yevgeni Podkolnı. Gəlib Elçibəyə məruzə etdim. Çox sağ ol dedi. Neçə dəfə televiziyada getdi, qəzetdə yazıldı ki, rus ordusunu çıxartdılar. Amma qızıl saat görmədim.
- Zabitlərə nə məsləhət görərdiniz?
- Məsləhət vermək asan deyil. Əgər sənin başında və ürəyində zabit olmaq istəyinlə bağlı əminliyin yoxdursa, yaxşısı budur ki, olma. Çoxları var ki, zabit olmaq istəyir, çətinlikləri görəndən sonra deyir ki, səhv etmişəm. Bu olmamalıdır. Əgər kişisənsə, xalqını, ordunu sevirsənsə, birdəfəlik seçmək və ömrünün axırına kimi zabit vəzifəsini daşımaq lazımdır. O vacib deyil ki, hərbi qulluqdasan, yaxud qulluqdan tərxis olundun, ehtiyatdasan, istefadasan. İnsan vəzifəsini yüksək saxladığın kimi zabit vəzifəsini də yüksək saxlamaq lazımdır. Əsgərə nümunə olmaq lazımdır. Əsgərə nümunə olmayan zabiti mən zabit saymıram. Zabit əsgərə atəş açmağı, Nizamnaməyə riayət etməyi, formaya, böyüyə, mülki insanlara, əsgərə hörmətlə yanaşmağı əməldə göstərməlidir. Əgər zabit bunları edirsə, əsgər mütləq ondan nümunə götürəcək. Əgər zabit bunlardan birini yerinə yetirmirsə, əsgər o saat bunu görür. Əsgər görür ki, onun ayaqqabısı çirklidir, kəməri səhv taxıb və gülür. Əsgərlərə həmişə deməlisən ki, məndən nümunə götürün, məni kimi edin.
- Ailə həyatı bir hərbçinin həyatına necə təsir göstərir və sizin həyatınıza necə təsir göstərib?
- Ailə çox böyük rol oynayır. İnsanlar vardı ki, mayor rütbəsi alır, o vəzifədən də istefaya çıxırdılar, böyümürdülər. Əgər sən hərbi qulluqdasansa, yaxşı işləyirsənsə, səni dövlət, komandan qiymətləndirirsə, böyük vəzifə alacaqsansa, sən isə bunu istəmirsənsə, deməli, hərbi qulluğa havayı getmisən. Bunu ailə başa düşməlidir. Mənim yoldaşım bunu başa düşürdü. Bir dəfə də olsun deməmişdi ki, sən niyə gedirsən. Əksinə, deyirdi ki, yoldaşım irəli gedir.
- Yeri gəlmişkən, Konfederasiyanın işindən kənar istirahətiniz necə keçir?
- Mən ovu, balıq tutmağı çox sevirəm. İmkanım olanda rayonlara gedirəm. 65 rayonda bizim təşkilatımız var. Hər rübdə bu rayonlara gedirik. Bu, istirahət deyil, işdir. Hər halda rayonlara gedəndə təbiətə baxırsan. Ancaq məzuniyyətə çıxanda mən Qax rayonuna, İlisuya gedirəm. Orada 20-25 gün istirahət edib qayıdıram. Bazar günləri oğlumu da götürüb dənizin qırağına gedirəm. Balıq tutmağa başlayıram. Tutub tutmuruq, o vacib deyil. Vacib olan təbiətə çıxmaqdır.
- Maraqlıdır, 27 ildən sonra paraşütlə atıldınız. Hansı hissləri keçirdiniz?
- Qapı açılanda mənim gözümün qarşısına cavanlığım gəldi ki, necə tullanırdım. Tullandım, paraşüt açılanda hər yerə baxdım, sevindim, ləzzət aldım…
Ramiz Mikayıloğlu

1568