Dünya Azərbaycanlıları Konqresinin qurultayı başa çatıb
APA-nın Bonna ezam olunmuş müxbirinin məlumatına görə, qurultaydan sonra DAK-ın İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibinin ilk iclası keçirilib. İdarə Heyətinin iclasında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri, Əjdər Tağızadə Daimi Şuranın sədri, Nəzarət Təftiş Komissiyasının iclasında isə Samir Əsədli bu qurumun sədri seçilib.
Qeyd edək ki, qurultayda “İran adlanan ərazidə Azərbaycanın Güneyinin bugünkü və gələcəkdəki durumu” mövzusunda DAK daimi Şurasının sədri Əjdər Tağızadə, “Dağlıq Qarabağ probleminin çağdaş durumu” mövzusunda professor Vaqif Arzumanlı, “Güney Azərbaycanda milli azadlıq hərəkatının siyasi durumu” mövzusunda Firudin Pərvizniya məruzə ilə çıxış ediblər.
Güney Azərbaycanda azərbaycanlıların hüquqlarının müdafiə olunması ilə bağlı dünya ictimaiyyətinə müraciət də qəbul olunub.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29