“Ermənistan irqi üstünlük və nifrət ideyalarının daşıyıcısı kimi hərəkət edir”
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Ermənistan prezidenti Serj Sarkisyanın erməni diasporunun üzvü olan jurnalistlərlə görüşündəki qeydləri ilə bağlı BMT baş katibinə məktubla müraciət edib.
Bu barədə APA-nın Vaşinqtondakı müxbirinə BMT-nin mətbuat xidmətindən məlumat verilib.
“Bu qeydlər Ermənistanın irqçi ideologiyasını və dini xurafatını açıq əks etdirir. Ermənistan prezidenti hansısa “genetik tədqiqatların” nəticəsinə əsaslanaraq, belə bəyanat verib ki, Ermənistan təxminən son 8000 ildə dövlət kimi mövcud olub. Ölkəsinin qarışıq tarixi bir tərəfə qalsın, Ermənistan prezidenti bu sözlərlə ermənilərin digər millətlərdən, o cümlədən azərbaycanlılardan üstün olduğunu iddia edir və azərbaycanlıları “müsəlman-türk köçəri tayfası” adlandırır. Görünür, Ermənistan prezidenti unudub ki, dünya keçmişdə bu cür “genetik tədqiqatların” dəhşətli nəticələrindən necə əziyyət çəkib”, - deyə A. Mehdiyev məktubunda qeyd edib.
Səfir daha sonra müraciətində bildirib ki, Ermənistanın yüksək rütbəli rəsmilərinin amansız etnik ayrı-seçkilik ideyaları təbliğ edən və beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin insanlığın mənəvi və etik prinsiplərinə zidd olan bəyanatlar verməsi birinci dəfə deyil: “Ermənistanın keçmiş prezidenti Robert Koçəryanın “Ermənilər və azərbaycanlılar arasında etnik uyğunsuzluq” barədə şərhləri beynəlxalq birliyin haqlı narazılığına səbəb olmuşdu. Avropa Şurasının o vaxtkı baş katibi Valter Şvimmer bildirmişdi ki, “Koçəryanın şərhləri müharibə qızışdıran, aqressiv və nifrət dolu bəyanatdan başqa bir şey deyil”. Avropa Şurası Parlament Assambleyasının o vaxtkı sədri Piter Şider isə bildirmişdi ki, Avropa Şurası yaradıldığından bəri “etnik uyğunsuzluq” ifadəsini eşitməyib. Serj Sarkisyanın qeydləri bir daha sübut edir ki, rəsmi Yerevan Ermənistanın dövlət siyasətini formalaşdıran irqi üstünlük və nifrət ideyalarının daşıyıcısı kimi hərəkət edir”.
A. Mehdiyev daha sonra müraciətində bunları vurğulayıb: “Azərbaycan Respublikası əmindir ki, Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və sabitlik yaratmaq üçün beynəlxalq birlik birgə səylərlə Ermənistan Respublikasını irqi və dini motivlərdən çıxış edən siyasət və təcrübədən əl çəkməyə, Azərbaycan Respublikasının ərazilərində qanunsuz işğala son qoymağa, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyə və bütün regional dövlətlərlə sivil əlaqələr qurmağa inandırmalıdır. Bunun alternativi yoxdur”.

649