Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün daha bir imkan
Milli QHT Forumu və Humanitar Tədqiqatlar Cəmiyyəti bu mövzuda konfrans keçirib
Mayın 4-də Milli QHT Forumu və Humanitar Tədqiqatlar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağ Həqiqətlərinin Yerli və Beynəlxalq QHT-lər vasitəsilə Dünya İctimaiyyətinə Çatdırılması” layihəsi çərçivəsində “Avropaya İnteqrasiya Prosesində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyətinin Rolu” mövzusunda konfrans keçirilib.
Lent.az-ın verdiyi məlumata görə konfransda çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun koordinatoru Əvəz Həsənov bildirib ki, bu forum Azərbaycanın Avropa Birliyində rəsmən təmsil olunduğu iki qurumdan biridir. O, söyləyib ki, forum çərçivəsində bir neçə platforma var, xüsusən də viza məsələsi, təhsil məsələsi, miqrasiya prosesi və digər mövzuları əhatə edir. Əvəz Həsənov bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də məhz bu kimi məsələlərin həllindən keçir və xatırladıb ki, Azərbaycan üzv olmasa da, Gürcüstan və Ermənistan bu təşkilata üzvdür.
Əvəz Həsənovun çıxışı zamanı Veteran Jurnalistlər İctimai Birliyinin sədri Tahir Paşa onun çıxışına müdaxilə edib. Əvəz Həsənovun belə bir forumda təmsil olunmasına, koordinatoru olmasına etiraz edib. Sonra o, konfrans zalını tərk edib.
Əvəz Həsənov çıxışına davam edərək forumda Azərbaycanı 22 QHT-nin təmsil etdiyini bildirib. Forumun iclaslarında Qarabağ həqiqətləri ilə bağlı çıxışlar etməyə geniş imkanlar olduğunu nəzərə çatdırıb. O, bildirib ki, dünyanın 10 əsas düşüncə mərkəzlərindən 7-si Brüsseldə yerləşir. “Keçən il AB-nin Qarabağla bağlı gizli dinləmələri keçirilib, həmin dinləmələrə Azərbaycandan rəsmi şəxslər, o cümlədən aralarında Əvəz Həsənovun da olduğu 6 ekspert dəvət olunub. Qarabağ məsələsinin həlli ilə bağlı fikirlər çatdırılıb”.
Əvəz Həsənov qeyd edib ki, Forum çərçivəsində IV platformaya xüsusi diqqət yetirməlidir. Çünki Avropada təhsil, Avropaya inteqrasiya, Avropaya viza almaq kimi ciddi məsələlər həll olunur. O cümlədən, Qarabağla bağlı həqiqətləri də çatdırmaq olar.
Daha sonra forumun üzvü Hacı İlqar İbrahimoğlu da çıxış edib. Avropada minarə problemləri aktual olduğunu, bildirən Hacı İlqar bu mövzuda öz fikirlərini də çatdırıb: “Forumda təmsil olunan QHT-lər 3 ildən bir dəyişdirilir. Növbəlik əsasında Azərbaycanın bütün QHT-ləri foruma üzv olmalıdır. Lakin bu vaxta qədər məcburi köçkün, qaçqın və veteranları təmsil edən QHT-lərdən foruma üzvlük üçün təklif olunmayıb. Bu da daha çox üzvlüklə bağlı ingilis dilində olan ərizələrin doldurulmasında ortaya çıxan problemlərlə əlaqəlidir”.
Ramiz Mikayıloğlu

480