Hikmət Eren: “Hər iki ölkənin QHT-lərinin bir araya gəlməsi gərəkdir” - MÜSAHİBƏ
Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Birliyinin sədri Hikmət Eren, Ankara Folklor və Turizm Araşdırma Birliyinin sədri Sami Narter və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı mayın 3-də Lent.az-ın qonağı oldular. Qonaqlar Azərbaycana səfərin məqsədi, görüşləri, həyata keçirəcəkləri layihələr barədə danışdılar.
Avrasiya İqtisadi Əlaqələr Birliyinin sədri Hikmət Eren Lent.az-ın suallarını cavablandırdı.
- Bakıya gəlişinizin məqsədi nədən ibarətdir? Hansı dəvətlə bura gəlmisiniz?
- Bu gün Bakıya gəlişimizin üçüncü günüdür. Bakıya səfərimiz Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə gerçəkləşib. Birliyin sədri Əkbər Qoşalının vasitəçiliyi ilə buradakı bəzi qeyri-hökumət təşkilatları ilə görüşlərimiz oldu. Hansı layihələri həyata keçirə biləcəyimiz, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, sosial, mədəni sahədə hansı fəaliyyətlərə imza ata biləcəyimizlə bağlı ilkin görüşlər keçirdik. Dünən millət vəkili Qənirə Paşayeva, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev və APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə də görüşdük. Yaxın vaxtlarda bir neçə qeyri-hökumət təşkilatları rəhbərlərini Ankarada qonaq edəcəyik. Orada da qarşılıqlı danışıqlar olacaq. Ondan sonra, inşallah, ümid etdiyimiz layihələri həyata keçirməyə başlayacağıq.
- Ümid etdiyiniz o layihələr hansı sahələri əhatə edəcək?
- Qısaca nümunə göstərim. Azərbaycandakı və Türkiyədəki QHT-ləri bir dam altında toplayıb müəyyən fəaliyyətlər icra etmək istəyirik. Misal üçün, Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərin daha üst səviyyələrə çıxarıla biləcəyi nöqtədə hansı layihələr ortaya qoya bilərik? Bunları hazırlayacaq bir komissiya formalaşdıracağıq. Daha sonra Türkiyə ilə Azərbaycan arasında sosial münasibətlərin yüksək səviyyəyə çatdıracaq layihələrlə bağlı komissiya yaradılacaq. Mədəniyyət, təhsil və texniki sahədə də layihələr həyata keçirməyi planlaşdırırıq. Bundan başqa Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdən ibarət mütəşəkkil bir qrupu bir araya gətirərək fəaliyyətlərini icra etməyi düşünürük. Məsələn, xalq rəqsləri, yazarlar məktəbilə, təhsildə uğurlu olan gənc tələbələrə təqaüd verməklə bağlı layihələrdən söhbət gedir. Təbii ki, bunu bir QHT-nin bacara bilməsi mümkün deyil. Hər iki ölkənin QHT-lərinin bir araya gələrək, güclərini birləşdirərək bu sahədəki xidmətlərini ortaya qoyması gərəkdir.
- Azərbaycanda konkret olaraq hansı təşkilatlarla əlaqələriniz, iş birliyiniz var?
- Hazırda Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Türk Xalqları Əməkdaşlıq Mərkəzi ilə əlaqələrimiz var. İnşallah, onlarla protokol imzalayacağıq. Azərbaycanda bir çox QHT-lər var. Onlarla da müəyyən zaman ərzində münasibətlər qurulacaq. Əlbəttə ki, hamısı ilə bir anda əlaqə qurmaq çətindir. Amma müəyyən vaxt ərzində layihələr, görüşlər davam edəcək.
- Təşkilatınız barədə bir az məlumat verərdiniz. Neçə ildir fəaliyyətə başlamısınız və bu müddətdə hansı işləri görmüsünüz?
- Bizim təşkilat 2006-cı ildə Ankarada yaranıb. Məqsədi Avrasiyadakı ölkələrlə Türkiyə arasındakı münasibətləri daha yüksək səviyyələrə çıxarmaqdır. Bu 4 il ərzində daha çox iki ölkədə fəaliyyətimiz sıx oldu - Qazaxıstan və Özbəkistan. Ankarada Qazaxıstan səfirliyi ilə ortaq layihələr, konfranslar həyata keçirdik. Özbəkistanın Ankaradakı səfirliyi ilə də eləcə. Birliyimiz vasitəsilə Türkiyədən iş adamlarını Qazaxıstana göndərdik. Oranın iş imkanları ilə əlaqədar layihə gerçəkləşdirdik. Özbəkistana isə Türkiyə iş adamlarını 3 dəfə apardıq. Hazırda birliyimizə üzv olan iş adamlarının Özbəkistanda sərmayə qoyduqları şirkətlər var. Biz iqtisadi sahədəki fəaliyyətlərin sosial həyata da yansıması gərəkdiyini düşündüyümüzdən dolayı Ankaradakı fəaliyyətimizi daha çox sosial sahədə gerçəkləşdirdik. Amma Qazaxıstan və Özbəkistandakı işimiz daha çox iqtisadi nöqtədə həyata keçirildi. İnşallah ümid edirik ki, bu mənada Azərbaycan-Türkiyə arasındakı iqtisadi əlaqələrə də birliyimizin faydası olacaq.
- Siz xalq rəqsləri və ədəbiyyat sahəsində də müəyyən layihələr həyata keçirmək fikrində olduğunuzu dediniz. Maraqlıdır, Türkiyədən Azərbaycana baxanda mədəniyyət sahəsi necə görünür?
- Mən dostlarımla bu haqda söhbət edən zaman da vurğulamışam. Məni sevindirən cəhət Azərbaycanda ədəbiyyata, elmə çox böyük önəm verilir. 1900-cü illərin əvvəllərində də belə idi, indi də. Azərbaycan Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Anar, Rəsul Rza və adlarını çəkmədiyimiz çoxlu sayda ədəbiyyat adamları yetişdirib. Türkiyədə də ədəbiyyat, elm yüksək səviyyədədir, bunu inkar etmək olmaz. Lakin Azərbaycanda bu sahəyə gənc nəslin daha çox sahib çıxdığını gördüm. Bu, məni sevindirir. Əlbəttə ki, bu sahədə QHT-lərin fəaliyyətlərini də inkar etmək olmaz.
- Bəs Türkiyədə bu məsələ hansı vəziyyətdədir? Gənc nəsildə o meyli görə bilmirsiniz ki?
- Əlbəttə ki, Türkiyədə də ədəbiyyata maraq göstərən gənclər yox deyil. 72 milyon arasında yoxdur desək, təbii düz olmaz. Türkiyədə universitet gəncliyində o hərəkəti görürəm. Amma universiteti bitirdikdən, iş həyatına atıldıqdan sonra bu hal davam etmir. Amma Azərbaycanda fərqli olay budur ki, məsələn tibb fakültəsini bitirən gənc ədəbiyyatla maraqlanır. Bu, çox önəmlidir. Azərbaycanda bunu daha canlı gördüyüm üçün məni çox sevindirdi.
- Gələcəkdə Azərbaycanda hansı layihələr həyata keçirmək niyyətindəsiniz?
- Əlbəttə fikirlər var. Bunu QHT-lərlə birgə görüşümüz zamanı müzakirə edəcəyik. Hər işi həyata keçirmək üçün maddi, mənəvi gücümüz də yetməyə bilər. Gücümüzün nisbəti ölçüsündə bacaracağımız fəaliyyətləri gerçəkləşdirməyi planlaşdırırıq. Amma inanıram ki, 2011-ci ilə qədər bunları tamamilə dəqiqləşdirmiş olacağıq. Ümid edirik ki, 2011-ci il sözün əsl mənasında fəaliyyət ili olacaq.
Xəyalə Muradlı

892