Nəsib Nəsibli: “İran dəyişikliklərin episentri ola bilər” - MÜSAHİBƏ
Millət vəkili, Müsavat deputat qrupunun üzvü, Azərbaycanın İrandakı keçmiş səfiri, doktor Nəsib Nəsiblinin Lent.az-a müsahibəsi
- Türkiyədə gedən indiki siyasi prosesləri necə dəyərləndirirsiniz? Bu fonda Azərbaycan-Türkiyə münasibətləri necə görünür?
- Məncə, tək Türkiyədə deyil, bütün Yaxın və Orta Şərqdə çox maraqlı hadisələr baş verir. Bu hadisələr yaxın gələcəkdə baş verəcək dərin proseslərin müjdəçisi kimi də dəyərləndirilə bilər. Məsələyə müxtəlif bucaqlardan yanaşmaq olar. Bir yanaşma belədir ki, XX əsrin 20-30-cu illərində baş vermiş millət-dövlət quruculuğu prosesi yarımçıq qaldığından indi o, yeni enerji ilə ortaya çıxır. Bu enerji bölgənin siyasi xəritəsini dəyişdirməyə qədər dərinliyə vara, Türkiyə isə bu dəyişikliyin tam ortasında qərar tuta bilər. Qardaş ölkədə gedən proseslərə diqqət Azərbaycanda heç olmadığı qədər artıb. Amma bu artan maraq gedişində (bunun özü təbii və müsbət haldır) arzuolunmaz meyllər də özünü göstərir.
Türkiyəni sevən, milli şüur səviyyəsi yüksək olan dostlarımızın yazılarında belə Türkiyədə gedən proseslərə bəzən yanlış yanaşma özünü göstərir və azından təəccüb doğurur. Türkiyədəki partiyalararası mübarizənin fərqinə varmadan bəzi dostlarımız Türkiyə üzrə mütəxəssis qiyafəsinə girib, hadisələrə şərh verməyə çalışır. Çox zaman da bu şərhlər gerçəkliyi əks etdirmir. Bizim Türkiyədəki partiyalara simpatiyamız, yaxud antipatiyamızdan asılı olmayaraq, Türkiyədə ayaqda bir türk milləti var. O, siyasi iradəsini azad və ədalətli seçkilərdə ifadə edir. Türkiyədəki türk milləti onu təhdid edən təhlükələrin qarşısını özü alacaq. Məhz bu iradəyə hörmət edərək, Türkiyədəki prosesləri hansısa partiyanın görmə bucağından deyil, tam olaraq Azərbaycan oxucusuna çatdırmaq, onu şərh etmək gərəkdir.
Keçən il Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq, hətta bu münasibətlərdə çat yarandı da deyə bilərik. Ölkəmizin informasiya vasitələrində məlum protokollar məsələsi ilə bağlı mənfi yazılar çap olundu, verilişlər yayımlandı. O zaman da deyirdim, indi də təkrar etmək istəyirəm: Türkiyə toplumunun Azərbaycana bağlılığı o qədər güclüdür ki, rəsmi Ankara bunu nəzərə almaya bilməz.
- Ötən ilin yayında keçirilmiş prezident seçkisindən sonrakı İran və onun perspektivi necə görünür?
- Bir az öncə Yaxın və Orta Şərq haqqında dediklərim İrana da aiddir. Bəlkə də daha çox ona aiddir. İrandakı mövcud rejimin nüvə ambisiyası, ola bilsin, onu dediyimiz köklü dəyişikliyin episentrinə çıxarsın. Yenə də dediyim aspektdən proseslərə yanaşsaq, nə görünür? Bizim üçün məlum səbəblərdən daha yaxın olan Güney Azərbaycanda gedən hadisələrə baxaq. Babək hərəkatının qarşısı alındıqdan sonra milli şüura sahib gənclik stadionlara tökülüb, mənsub olduğu millətin siyasi iradəsini görün necə ifadə edir? (Söhbət Təbrizin “Traktorsaazi” futbol klubunun Azərbaycan türkləri tərəfindən alıqışlanmasından gedir- S.S. ) Şüarlara diqqət edin: “Təbriz, Bakı, Ankara! Biz hara, fars hara?”, “Türk dilində mədrəsə, olsun gərək hər kəsə!”, “Haray, haray, mən türkəm!”. On minlərlə gəncin bozqurd simvolunu göstərməsi, güneydəkilərin fars kültür orbitindən və dövlətçiliyindən qopmasının göstəricisidir. Yeri gəlmişkən, bunun canlı görüntülərini oxucular www.youtube.com- dan görə bilərlər.
- İran Asiya birliyi istiqamətində çaba göstərir. Sizcə, bu, mümkündümü?
- Fars dövlətçilik ənənəsində “dünyanın mərkəzi – İran” konsepsiyası yayğındır. Həqiqətən bölgə dövləti statusuna sahib olan İranın bu ərazidə fəal rol oynamaq istəkləri də təbii qarşılanmalıdır. Hətta onu da əlavə edək ki, İran ABŞ-ın “Böyük Yaxın Şərq layihəsi”ndə sonuncu böyük maneədir və ABŞ-ın hədəfinə gəlməsini də çoxları məhz bununla izah edir. Hədəfə çevrildiyi üçün İran rejimi çıxış yolları axtarır, müttəfiqlər dairəsini genişləndirməyə çalışır. Amma bu dövlət üçün əsas həyati problem nüvə enerjisi ilə bağlı böhranı həll etməkdir.
- Qarşıdan gələn parlament seçkilərində müxalifətin birliyini necə görürsünüz?
- Mən həmişə müxalifət deyilən kəsimin bir yerdə olmasının tərəfdarı olmuşam, indi də tərəfdarıyam.
- Müsavatçılıq ideologiyasını ölkədə yayan ilk adamlardansınız. Eləcə də Müsavat Partiyasının fəaliyyətinin bərpasında danılmaz rolunuz olub və bu partiyanın bir vaxtlar birinci şəxsi olmusunuz. Qarşıdan gələn qurultayda sədrliyə namizədliyinizi irəli sürəcəksinizmi?
- Bu suala cavab vermək hələ tezdir.
Sədrəddin Soltan

715