Bələdiyyələrin birləşdirilməsi nə vəd edir?
Yerli özünüidarələrin fəaliyyətindəki ziddiyyətlər
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan edəndən sonra yeni cəmiyyət quruculuğu həyatımıza bir sıra yeniliklər gətirdi. Bu sırada 1999-cu ildə təsis edilən bələdiyyə institutlarının adını xüsusi qeyd etmək olar. Doğrudur, həmin ildə keçirilən bələdiyyə seçkiləri qanun pozuntuları şəraitində keçirilsə də, bu qurum cəmiyyətimiz üçün dövlət strukturuna daxil olmayan yeni ictimai özünüidarəetmə institutu idi və təsis edilərkən qarşısına Qərbi Avropanın qabaqcıl ölkələrinin təcrübəsinə söykənməyi məqsəd qoymuşdu. Bu mənada cəmiyyətin idarə olunmasında yerli özünüidarələrin rolunun vacibliyini nəzərə alsaq, qarşıda həll edilməsi vacib olan çoxlu sayda problemlər var. Belə ki, bələdiyyələr fəaliyyətə başladığı gündən xalq arasında yerli özünüidarə qurumu kimi deyil, "torpaq satan", "torpaq paylayan" bir qurum kimi yadda qalıb. Əksər bələdiyyələr fəaliyyətləri dövründə daha çox torpaq satmağa üstünlük verdiklərindən digər problemlərin həllini arxa plana keçiriblər. Bəzi bələdiyyə sədrləri özləri qanunsuzluqlara yol verməkdən dolayı, üstəlik, bələdiyyələr haqqında qanunların işləmədiyi, qurumun fəaliyyətinə icra strukturlarının müdaxiləsi barədə gileylənməyi də yaddan çıxarmayıblar.
Bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün bu günə qədər 20-dən çox qanun, əsasnamə və s. qanunvericilik aktı qəbul edilib. Lakin çoxsaylı qanunvericilik aktının qəbul edilməsinə baxmayaraq, bələdiyyələrin sərbəst fəaliyyət göstərmələrinə kifayət edəcək qanunvericilik bazası yoxdur. Çünki bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar ciddi nöqsan və qüsurlarla qəbul edilib. Bələdiyyələrin 10 illik fəaliyyəti belə bir iddianı irəli sürməyə əsas verir ki, mərkəzi hakimiyyət əlindəki səlahiyyətləri bələdiyyələrlə bölüşməyə tam hazır deyil. Əvvəlcədən heç bir mülkiyyəti olmayan bələdiyyələrin iqtisadi və maliyyə gücü olmadan hansısa sosial, iqtisadi və yaxud, ekoloji problemləri həll edəcəyini fikirləşmək sadəlövhlük olar. Bir müqayisəni sizin diqqətinizə çatdıraq: Qardaş Türkiyədə bələdiyyələrə hər il təxminən dövlət büdcəsindən 10 faiz vəsait ayrılsa da, Azərbaycanda bu rəqəm 0,3 faiz nisbətində olmuşdur. Yəni Türkiyədəkindən 30 dəfə az. Əslində, mövcud qanunvericiliklə bələdiyyələrə geniş səlahiyyətlər verilsə də, bu formal xarakter daşıyır. Məsələn, fərdi yaşayış binaları üçün ərazilərin ayrılması bələdiyyələrə həvalə olunsa da, əksər hallarda bu məsələlərə icra hakimiyyətləri müdaxilə edir. Nümunəsini deyim: bələdiyyələr vətəndaşa torpaq ayırarkən bunu icra başçısı ilə razılaşdırmasalar həmin qərar başçının göstərişi ilə dərhal ləğv olunur, mövcud qanunlara zidd olsa belə...
Ötən ilin sonunda – dekabrın 23-də Azərbaycanda üçüncü bələdiyyə seçkiləri keçirildi. Ancaq bu seçki də əvvəlkilərdən heç nə ilə fərqlənmədi və vətəndaş cəmiyyəti quruculuğuna ciddi töhvə verə bilmədi. Bir sıra seçki müşahidəçilərinin fikrincə, 23 dekabr seçkiləri son 20 ilin ən sönük seçkisi oldu.
Bu yaxınlarda yerli QHT-lərdən birinin (İTYİC) bələdiyyələrin fəaliyyətini qiymətləndirmək məqsədilə respondentlər arasında keçirdiyi sorğu da yuxarıdakı qənaətlərimizi bir daha qüvvətləndirir. Həmin sorğudan bəlli olur ki, bu 10 ildə yerli özünüidarəetmə orqanları əhalinin və vətəndaş cəmiyyətinin etimadını qazana bilməyib.
Rəyi soruşulanların 4%-i bələdiyyələrin fəaliyyətindən tam, 44 faizi qismən razı, 52 %-i, ümumiyyətlə, razı qalmadığını bildiriblər. QHT rəhbərləri, jurnalistlər və müstəqil ekspertlər bələdiyyələrin fəaliyyətinin onları qane etmədiyini qeyd ediblər. Respondentlərin 80%-i bələdiyyələrin icra hakimiyyətindən asılılığının aradan qaldırılmasının vacibliyini, 72 % -i ixtisaslı kadr hazırlığı problemini, 32 % -i vergi dərəcələrinin aşağı olmasını diqqətə çatdırıb.
Halbuki Avropa Xartiyasının tələblərinə uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir. “Bələdiyyələrin statusu haqqında” qanunda əhalinin aztəminatlı təbəqələrinə əlavə sosial yardımların verilməsi, yolların təmiri, qəbiristanlıqların saxlanması, yas mərasimlərinin təşkili və s. bələdiyyələrin tam səlahiyyətləri kimi göstərilməsinə baxmayaraq, qanunun icrasına demək olar ki, əməl olunmur. Bu məsələdə nümunə kimi Avropanı və yaxud da Türkiyəni göstərmək lazım deyil. Elə qonşu Gürcüstanda bələdiyyələrə verilən səlahiyyətlərlə tanışlıq yetərli ola bilər. Burada ilk növbədə məhəllə polisləri, polis post-patrul xidməti bələdiyyələrə tabe etdirilib. Polislər yerli hakimiyyətlə əməkdaşlıq etdiyinə görə, törədilmiş cinayətin üstü vaxtında açılır. Pasport-masa xidməti də DİN-in tabeçiliyindən çıxarılaraq bələdiyyələrə verilib. Vətəndaşlar şəxsiyyət vəsiqəsi və xarici pasportları növbə gözləmədən 10 gün ərzində ala bilirlər. Hərbi xidmətə çağırış da bələdiyyələrin səlahiyyətləri daxilindədir.
Qonşu ölkədə əhalinin sosial yardıma ehtiyacı olan təbəqəsini müəyyənləşdirmək də bələdiyyələrin səlahiyyətlərinə aiddir. Bələdiyyənin ayırdığı nümayəndələr kəndləri gəzərək ehtiyacı olanları siyahıya alır və onlara ayın sonunda davamlı olaraq müəyyən məbləğdə yardım göstərilir (Bu sətirlərin müəllifi həmin siyahıyaalmanın canlı şahididir). Bizdə isə əhaliyə ünvanlı sosial yardımların verilməsi nəyin bahasına başa gəlir, hamıya bəllidir...
Ancaq heç kimə sirr deyil ki, bizdə bələdiyyələrin bu qədər səlahiyyətləri yoxdur. Yerli idarəetmə həm icra hakimiyyətləri, həm də bələdiyyələr tərəfindən həyata keçirilir və sonuncu dayanıqlı maliyyə mənbələrinə malik deyil. Bir neçə ildir ki, bələdiyyələrə 3.5 milyon dotasiya ayrılmasına baxmayaraq, onların illik gəlirləri ildən-ilə azalır. Belə ki, bu gəlir 2007-ci ildə 50, 2008-ci ildə 43 milyon manat olub.
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda bələdiyyə institutunun effektiv fəaliyyətinə mane olan əsas amillərdən biri yerli idarəetmədə paralelliyin mövcudluğudur. Hamıya bəllidir ki, bizdə bələdiyyə institutları ilə yanaşı, yerli icra nümayəndəlikləri də fəaliyyət göstərir. Konkret səlahiyyət bölgüsü olmadığından hər iki qurum, demək olar ki, eyni vəzifələri icra edir. Yerlərdə mövcud olan bu ikihakimiyyətlilik vəsaitlərin də səmərəsiz xərclənməsinə rəvac verir. Məsələn, bu gün Azərbaycanda 1718 bələdiyyə və bir o qədər də yerli ərazi icra nümayəndəliyi fəaliyyət göstərir. Ərazi icra nümayəndəliklərinin saxlanmasına İl ərzində 11 milyon manatdan artıq vəsait sərf olunduğu halda bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği isə təxminən 3,5 milyon manat civarındadır.
Hazırda Azərbaycan cəmiyyətində sosial problemlərin həllinə yönəlmiş tədbirlərə ciddi ehtiyac duyulur. Qeyri-dövlət təşkilatlarının vətəndaş kampaniyalarında iştirakları əslində vətəndaşların üzləşdikləri problemlərin həllinə bilavasitə cəlb edilməsi kimi dəyərləndirilməlidir. Vətəndaş cəmiyyəti quruculuğunda vətəndaşların fəal iştirakı, onların dövlətin idarə olunmasına cəlb edilməsi çox vacibdir. Sosial problemlərin həllində yerli özünüidarələrin-bələdiyyələrin real nəticəyə doğru istiqamətlənməsi barədə Azərbaycan cəmiyyətindəki təsəvvürlər daha da ictimailəşdirilməlidir.
Yəni, Azərbaycan "Yerli özünüidarə xartiyası"na qoşulduğu üçün üzərinə bir sıra öhdəliklər götürsə də, onların həyata keçirilməsi formal xarakter daşıyır və görüntü yaratmaq xatirinə edilir. Necə ki, bu xartiyanın tələblərinə uyğun olaraq bələdiyyələrlə bağlı islahatların birinci mərhələsində 2760-ə yaxın bələdiyyə 1718 bələdiyyədə birləşdirildi. Keyfiyyət dəyişikliyi baş verəcəyi təqdirdə bu birləşməni müsbət dəyərləndirmək olardı. Ancaq təəssüf ki, bu baş vermədi və birləşmə formal olaraq həyata keçirildi. Halbuki bu prosesin normal aparılacağı təqdirdə yerli özünüidarə orqanları səlahiyyətlərinin müəyyən qədər genişlənməsinə nail ola bilərdilər.
Onu da qeyd etmək vacibdir ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının statusu və səlahiyyətləri hələ də dəqiq müəyyənləşdirilməyib. Ölkədə yerli özünüidarənin formalaşması prosesində həddən artıq problemlər mövcuddur. Ən böyük problem ondan ibarətdir ki, yerli özünüidarəetmə funksiyasını icra hakimiyyətlərinin yerlərdəki nümayəndələrinin həyata keçirməsidir. Ekspertlərin dediyinə görə, hazırda bələdiyyələr 5 orqan qarşısında hesabat verdiklərindən bu, onların effektiv fəaliyyətinə mane olur.
Yazını Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin söylədiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm. Cənab Nuriyev hesab edir ki, yerli özünüidarəetmə orqanları yaranandan bəri öz fəlsəfəsindən uzaq fəaliyyət göstəriblər: “Bələdiyyələr mövcud olduqları bu 10 ildə əksmərkəzləşməni təmin edə, seçki institutlarını təkmilləşdirə və yerli liderləri formalaşdıra bilməyiblər”.
Deməli, bələdiyyələr növbəti 5 ildə də ənənəvi fəaliyyətlərini davam etdirəcəklər, bu müddətdə hər hansı irəliləyiş gözləməyə dəyməz.
Xanoğlan Əhmədov
Qeyd: Bu məqalə “Yerli Demokratiyaya Dəstək” QHT Koalisiyası tərəfindən elan olunmuş müsabiqə çərçivəsində hazırlanıb

649