Vüsalə Mahirqızı: “Cengiz Çandar bu işğaldan nə umur?”
Qafqazla bağlı ən çox şərh verən yazarlardan olan Cengiz Çandar baş nazir Rəcəb Tayyib Ərdoğan 13 may 2009-cu ildə Azərbaycan Milli Məclisində Türkiyə Türkiyə-Ermənistan münasibətlərinin “normallaşmasını” Dağlıq Qarabağ ətrafındakı Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi şərtinə bağladığı üçün Türkiyənin baş nazirini Bakıda şou göstərməkdə və Türkiyə-Ermənistan münasibətlərinin gələcəyini Azərbaycan prezidenti İlham Əliyevin “ixtiyarına” verməkdə günahlandırmışdı.
Bu məsələ ilə əlaqədar “Radikal” qəzetində aprelin 23-də işıq üzü görən məqaləsində yazır: “Yaxın vaxtlarda, bəlli bir gələcəkdə ermənilərin işğal altındakı Azərbaycan torpaqlarından çəkiləcəyi gözlənilmir. Çünki bu məsələ Qarabağın yekun statusunun necə müəyyənləşdiriləcəyi ilə əlaqədar Azərbaycan və Ermənistanın bir razılıq əldə etməsinə bağlıdır. Elə bir durum da hələlik xəyali uzaqlıqdadır”.
Bəli, ATƏT-in Minsk Qrupu çərçivəsində 1992-ci ildən bəri aparılan sülh müzakirələrində gəlinən mərhələ Cengiz Çandarın da ifadə etdiyi kimidir: “Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətindən kənardakı 7 rayonu işğal etmiş ermənilər indi işğal etdikləri torpaqları boşaltmadan Dağlıq Qarabağın “müstəqilliyini təmin etmək məqsədi ilə” Azərbaycanı öz torpaqlarının bir parçasında referendum keçirməyə məcbur etməyə çalışmaqdadırlar. Başqa sözlə, işğal yolu ilə “müstəqillik əldə etmək” və bunu “qanuniləşdirmək” istəməkdədirlər.
146 min əhalisi olan Dağlıq Qarabağ muxtar vilayətində digər millətlərə mənsub yalnız 300 nəfərin yaşadığını nəzərə alsaq, ermənilərin təzyiq vasitəsi olaraq istifadə etdikləri “referendum”dan hansı nəticənin ortaya çıxacağını öncədən görmək çətin deyil. Müstəmləkə və banan dövləti olmayan hər hansı bir ölkənin torpaqları işğal edildikdən sonra bu cür “referendum” şərtini qəbul etməsi imkansızdır. Azərbaycanın da ermənilərin bu şərtini qəbul etməməsindən təbii heç bir şey ola bilməz.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin “normallaşmasını” erməni işğalı altındakı torpaqların azad edilməsi şərtinə bağlaması 1 milyon insanı köçkünə çevrilmiş bir ölkə üçün humanist münasibətdən başqa bir şey ifadə etməməlidir. Bu səbəbdən Cengiz Çandarın Azərbaycan torpaqlarındakı erməni işğalını bir tərəfə qoyaraq və son yazısında olduğu kimi torpaqların işğaldan azad edilməsini “referendum şərtinin əsasına çevirmək istəyən” ermənilərə bir kəlmə söz belə söyləmədən bunu Azərbaycanla Ermənistan arasındakı razılaşmaya bağlamaq niyyətini anlamaq mümkün deyil.
Ortada bir işğal məsələsi müzakirə mövzusu olduğu halda Türkiyənin Sürix protokollarının qüvvəyə minməsi üçün bu işğalın aradan qalxması şərtini irəli sürməsindən təbii nə ola bilər? Azərbaycanın “dili bir, dini bir qardaş bir ölkə” olmasını bir yana qoyaq: Türkiyə bu şərti torpaqları işğal altında olan və 1 milyon insanı köçkün vəziyyətinə düşmüş bir ölkənin vəziyyətini nəzərə alaraq, sırf insani səbəblərlə irəli sürə bilməzmi? Çandarın “parlaq xarici işlər naziri” kimi haqqında danışdığı Əhməd Davudoğlunun “qonşularla sıfır problem” siyasətinin əsasında Türkiyənin bu humanist səyləri durmamalıdırmı? Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini gündəmə gətirmədən, hətta bunu humanist bir şərt kimi irəli sürmədən Qafqazda davamlı sülhün əldə edilməsinə neçə yardımçı ola bilər? Qonşu ölkənin torpaqları işğal altındaykən bunu gündəmində əsas məsələlər sırasına qoymayan bir Türkiyə bölgədə necə təsirli bir gücə çevrilə bilər?
Cengiz Çandar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə “bir millət, iki dövlət” tezisinin keçərli olmayacağını iddia edən bir yazardır. O, Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” tezisinin keçərli olması durumunda bunun Şimali İraq yönətimi ilə Türkiyə kürdləri üçün də eyni anlam daşıyacağını söyləyir. Bir az geriyə baxsanız, ABŞ Dövlət Departamentinin bölgə üzrə xüsusi nümayəndəsi, dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanın da 3 il əvvəl Türkiyə-Ermənistan münasibətlərində irəliləyişə nail olunması üçün əsas hədəfin bir millət, iki dövlət tezisini ortadan qaldırmağın gərəkdiyini ifadə etdiyini görəcəksiniz...
Bəli, əcəba Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsini bir şərt halına gətirən baş nazir Rəcəb Tayyib Ərdoğanın tənqid edilməsi üçün Cengiz Çandara haradan və ya kimdən yeni bir mesaj gəlməsi lazımdır?
http://odatv.com/n.php?n=cengiz-candar-bu-isgalden-ne-medet-umuyor--2704101200

593