“Həmsədr ölkələr Ermənistandan Madrid təkliflərini qəbul etməyi tələb etməlidir” - MÜSAHİBƏ
Novruz Məmmədov: “ABŞ bəzən öz liderliyi ilə formalaşdırdığı norma və prinsiplərdə ikili yanaşma nümayiş etdirir”
Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun APA-ya eksklüziv müsahibəsi
- Son vaxtlar Azərbaycan rəsmilərinin ABŞ-ın ölkəmizə qarşı siyasətini tənqid etməsinə münasibətiniz necədir?
- Azərbaycanın bugünkü xarici siyasət kursunda bu məsələyə həssas yanaşılır. Azərbaycanın müstəqilliyi dövründə tərəfdaş dövlət kimi nə etdiyi göz önündədir. Bunları nəzərdən keçirəndə, təhlil edəndə, deyə bilərik ki, postsovet məkanında Azərbaycan qədər uğurlu xarici siyasət kursu həyata keçirən ikinci dövlət göstərmək çətindir. Bizim ümumiyyətlə ölkə daxilində apardığımız siyasət, xarici siyasətimiz, müxtəlif sahələrdə qazandığımız nailiyyətlər, regionda, dünyada bir sıra aspektlərdə əldə etdiyimiz uğurlar, eyni zamanda Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları - heç bir dövlət oxşar nümunə ortaya qoya bilməz. Azərbaycan yeganə ölkədir ki, bu qədər böyük uğurlar qazanıb. Terrorizmə qarşı mübarizə, enerji sahəsində geniş əməkdaşlıq, siyasi islahatların aparılması, narkotiklərə qarşı mübarizə və s., eyni zamanda NATO çərçivəsində dünyanın müxtəlif bölgələrində - Kosovo, İraq, Əfqanıstanda sülhyaratma əməliyyatlarına xüsusi töhfə verilməsi - bütün bunların müstəvisində Azərbaycanda gedən proseslərə münasibətin müəyyən mənada ədalətli olmaması, haqsızlığın çox tez-tez aydın görünməsi, müqayisə zamanı bunların daha qabarıq nəzərə çarpması, bizi düşündürür. Düşündürür ki, bu, nə üçün belə olmalıdır? Bütün bunların hamısı ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlarla, son bir-iki il içərisində - böhran başlayandan sonra işğalçı dövlət Ermənistanı bu çətin vəziyyətdən çıxarmaq istəyi, iradəsi bizi düşünməyə vadar edir. Axı proseslər nə üçün bu cür getməlidir? Bu gün beynəlxalq münasibətlərdə haqqı, ədaləti, düzgünlüyü, beynəlxalq hüququ qorumağı özünə borc bilən ABŞ bəzən öz liderliyi ilə formalaşdırdığı norma və prinsiplərdə ikili yanaşma nümayiş etdirir.
Biz 19 ildir müstəqilik. Bu müddət ərzində Azərbaycanla bağlı atılan addımlar - birincisi 1992-ci ildə qəbul edilmiş “907-ci düzəliş” Azərbaycan üçün sanksiya deməkdir. Bu gün ABŞ-ın özündə də siyasətlə məşğul olanların hamısı bilir ki, bu, çox ədalətsiz düzəlişdir. Azərbaycan işğaldan əziyyət çəkən, ərazisi işğal olunmuş dövlətdir. Amma o sənəddə işğalçı dövlət haqqında bir söz belə yoxdur, Azərbaycana isə bu cür düzəlişlə cəza verilib. Deyək ki, bu o vaxt - hələ dünyanın proseslərdən xəbəri olmayan vaxt baş verib, bəs indi niyə ləğv etmirlər bu düzəlişi? Hələ müəyyən yerlərdə bunu əsaslandırmağa çalışırlar. ABŞ Konqresinin qəribə iş prinsipi var, “ən ədalətsiz qərar qəbul etsə belə, onu sonradan dəyişmir” deyirlər. Bu, nə məntiqdir? Bunu kim qəbul edər? Nəticədə isə, indiyədək ABŞ Ermənistana 2 milyard dollara qədər hökumət yardımı edib. Hamı həqiqətin necə, harada olduğunu bilə-bilə göz yumur. Biz bunu həm siyasi, həm mənəvi, həm də iqtisadi cəza kimi qəbul edirik. Axı Amerika başda olmaqla, Qərb Azərbaycanla əməkdaşlıq edir. Enerji təhlükəsizliyi sahəsində, terrorizmə, narkotiklərə qarşı mübarizədə, eləcə də digər bir çox məsələdə Azərbaycanla faydalı əməkdaşlıq edə-edə, işğalçı dövləti dəstəkləmək nə deməkdir?
Azərbaycana qarşı ikinci ədalətsizlik “Cekson-Venik düzəlişi”dir. Bu, elə bir düzəlişdir ki, Azərbaycanın bununla ümumiyyətlə əlaqəsi olmayıb. Bu, sovetlər dönəmində yəhudilərlə bağlı kampaniyaya qarşı çıxan ABŞ Konqresinin SSRİ-yə tətbiq etdiyi qərardır. O zamanlar SSRİ-də yəhudilərin müəyyən hüquqları məhdudlaşdırılırdı. SSRİ dağılandan sonra bu düzəliş götürülməli idi, lakin Azərbaycana münasibətdə bunu hələ də saxlayırlar. Necə olur ki, yəhudilərin tarixən ən yaxşı, rahat , öz vətənləri kimi yaşadıqları, heç bir vaxt onlarla bağlı problem olmayan Azərbaycana qarşı belə addım atılır? Yəhudilərin Azərbaycanda heç bir problemsiz yaşadıqlarını İsrail rəsmiləri, İsrail prezidenti də deyir. Amma bir sıra dövlətlər üçün götürülsə də, Azərbaycana qarşı bu düzəliş qüvvəsində qalır. Bunu hansı ədalət çərçivəsinə sığmaq olar? Bu bizi düşündürür.
“Minilliyin çağırışları” adlı bir proqram var idi. Azərbaycan bu proqramdan niyə kənarda qaldı, amma ABŞ-la heç yaxından əməkdaşlıq etməyən ölkələr, o cümlədən Ermənistan bu proqrama daxil edildi? Bu dövlətlər ABŞ-dan 500-600 milyon dollar yardım aldılar, Azərbaycan isə yenə də nəzərə alınmadı.
Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də bu qeyd olunub. 1992-ci ildə və sonra qəbul edilən bu qətnamələrə ABŞ da səs verib. Bu qətnamələrin həyata keçirilməsi üçün addım atılırmı? Əslində, nə baş verir - Dağlıq Qarabağ separatçılarına hər il 6, 8 milyon dollar həcmində yardımlar edilir. Hər dəfə də adını bir cür qoyurlar. Nə üçün bunu edirlər? Azərbaycanın Dağlıq Qarabağdan başqa, 7 rayonunun 20 il ərzində işğal altında qalmasına, həmin rayonların yerlə-yeksan olmasına nə üçün heç bir reaksiya verilmir? ABŞ nə üçün bu 7 rayonla bağlı heç vaxt bir dəfə bir söz deməyib? Necə olur ki, bəzən bir adamın hüquqları ilə bağlı dünyada böyük bir kampaniya aparılır, amma işğal nəticəsində yurd-yuvalarından didərgin düşmüş 750 min nəfərin hüquqları haqqında bir dəfə bir söz belə deyilmir?
Dağlıq Qarabağla bağlı hər il Nümayəndələr Palatası çalışır ki, hökumət yardımını artırsın. Bununla bağlı administrasiya deyə bilməzmi ki, bu, ədalətli deyil, onlar separatçıdırlar? Xeyr, bunların heç biri edilmir. Edilməyəndən sonra biz də düşünürük ki, bunda məqsəd nədir? Eyni zamanda separatçı Dağlıq Qarabağ nümayəndələrinin tez-tez ABŞ-a getməsi, müxtəlif marafonlar keçirərək, vəsait toplaması, orada nümayəndəlik açıb, qeydiyyatdan keçməsi - bütün bunlara nə ad verək? Bir ölkənin ərazisini işğal etmiş digər dövlətin, o cümlədən separatçı Dağlıq Qarabağın nümayəndələrinə bu qədər hörmət, məhəbbət, qayğı, yardım nə üçündür? Biz bunların ətrafında düşünməli deyilikmi?
2008-ci ildən maliyyə böhranı başlayıb. Bu dövrə ərzində ABŞ, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Ermənistana bir dəfə 100 milyonlarla dollar kredit ayrılması barədə qərar verilib. Başqa yardımlar da olub. İşğalçı ölkəyə bu qədər məhəbbət haradandır?
Nəhayət, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi... Kimdir sərhədlərin açılmasına qarşı çıxan? Heç kim. Sadəcə, bununla bağlı Ermənistan tərəfindən heç olmasa kiçik bir qarşılıq istəməyə ehtiyac yoxdurmu? Ermənistan həm işğalçılıq etsin, həm başqa dövlətin ərazilərinə iddia etsin, həm olmayan hadisə haqqında bütün dünyaya səs salıb, onların parlamentlərində istədiyi qərarı qəbul etdirsən, ondan sonra da iki dövlət - Türkiyə və Azərbaycan ona qarşı addım atmağa vadar edilsin... Bu niyə belə olmalıdır?
Gürcüstan hadisələrindən və maliyyə böhranından sonra Ermənistan çox pis vəziyyətə düşdü. Bundan sonra bir anın içində gördük ki, bütün Qərb Ermənistanı xilas etmək üçün tədbirlər görməyə başladı. Maliyyə yardımı etdilər, kredit ayırdılar. Amma sonra başa düşdülər ki, bunu hər il, hər zaman etmək mümkün deyil. Bəs onda nə etmək lazımdır? Elə bir addım atmaq lazımdır ki, işğalçı dövlət Ermənistan bundan sonra çiçəklənsin, rifah içində yaşasın. Bunun üçün nə etmək lazımdır - Türkiyə ilə sərhədi açmaq lazımdır. Yalnız bu vasitə ilə Ermənistanı xilas etmək olar.
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır, davam edir. Bütün dünya bilir ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan ərazilərini işğal edib. Lakin bu münaqişənin həlli ilə bağlı 20 il ərzində həmin dövlətlərin atdığı addımlar Ermənistanın maraqları naminə bir neçə ay içərisində atdığı addımlarla müqayisə oluna bilməz. Birdən-birə heç kimi dəvət etmədən, İsveçrədə müəyyən mənada az qala şou xarakterli mərasim düzəltdilər, 6 ölkənin xarici işlər naziri, o cümlədən ABŞ dövlət katibi yığışdı ora, göstərdilər ki, Ermənistanın arxasında dayanıblar, onu bütün çətinliklərdən qurtarmalıdırlar. Nə üçün bu, belə olmalıdır?
BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı məsələ müzakirə edilən zaman böyük kampaniya apardılar ki, bunun əleyhinə səs vermək lazımdır. Nə üçün bunu etmək lazımdır, Ermənistanına sevginin xatirinəmi? Ümumiyyətlə, ABŞ kimi bir dövlətin bu cür siyasət həyata keçirməsi, proseslərə bu cür münasibət göstərməsi necə qəbul edilməlidir? Narkotiklərlə bağlı hesabatda o qədər qərəzli münasibət vardı ki... 120 min tələbədən 95 mininin narkotik istifadəçisi olduğunu yazırlar və bunu bütün dünyaya yayırlar. Yaxud bu yaxınlarda Dövlət Departamenti nümayəndəsinin bəyanatında başqa bir səhvə yol verişmişdi, qəti etiraz nəticəsində tezliklə düzəliş etdilər. Lakin bu bəyanat yayılan zaman artıq milyonlarla insan bu xəbərlə tanış olur, sonra edilən balaca bir düzəlişdən isə heç kimin xəbəri olmur.
Biz ABŞ-la, Avropa ilə, dünyanın bütün vektorları ilə çox gözəl tərəfdaşlıq edirik. Bunun da nəticələri göz qabağındadır. Postsovet məkanında heç bir ölkə Azərbaycan kimi uğurlu addımlar atmayıb. Bunları görməmək mümkün deyil. Bunların hamısı prezidentlə xalqın birliyinin gözəl təcəssümüdür. Azərbaycanda bu birlik, bu siyasi kursun sabitliyi çox mühüm hadisədir. Bəzən düşünməli olursan ki, bəlkə ölkənin inkişafı, sabitliyi, hərtərəfli möhkəmliyi çoxlarının maraqları çərçivəsində deyil. Biz kiçik dövlətik. Lakin kiçik olsaq da, bilirik ki, öz ləyaqətimiz, şərəfimiz, öz dəyərimiz var. Biz bütün ölkələrlə elə həmin dövlətlərin formalaşdırdığı beynəlxalq hüquq prinsipləri və normalarına uyğun əməkdaşlıq etmək, qarşılıqlı faydalı əlaqələr qurmaq istəyirik. Bu münasibətlərin qurulmasında qarşılıqlı hörmət, anlaşma, dəyərləndirmə əsas götürülməlidir. Bir ay əvvəl ABŞ-ın keçmiş prezidenti Reyqanın keçmiş müşavirinin böyük məqaləsini oxudum. O yazırdı ki, ABŞ-da bu gün qəribə təfəkkür tərzi formalaşır, bu gün ABŞ-ın rəhbər dairələrində düşünürlər ki, onların ağıllarına hansı fikir gəlsə, o mütləq həqiqət kimi dünya tərəfindən qəbul olunmalıdır. Niyə biz heç vaxt nə Əfqanıstan, nə Kosovo, nə İraq, nə də dünyanın başqa yerlərində gedən proseslər haqqında başqa bir fikir demədik. Əslində isə orada nələrin baş verdiyini yaxşı bilirik, hansı proseslərin getdiyini, nəyin bahasına, hansı yalanların və hansı əsassız ittihamların bahasına nələrin baş verdiyini çox yaxşı anlayırıq və görürük. Bizim heç kimlə işimiz yoxdur. Biz sadəcə istəyirik ki, 100 faiz etdiklərimizin əvəzində bizə ədalətli mövqe nümayiş etdirilsin. Azərbaycanın xarici siyasət kursunu həyata keçirən prezident zəngin dövlətçilik və siyasət məktəbi keçib. Bu siyasət Azərbaycanı uğurla irəli aparır. Bu uğurlu irəliləyiş dünya birliyinin özünün də maraqları çərçivəsindədir. Lakin bunu ədalətli qiymətləndirmək lazımdır. Azərbaycan dövlət başçısının müstəqil xarici siyasət kursu həyata keçirməsi, hamı ilə qarşılıqlı surətdə faydalı əlaqələrin qurulmasının nəyi pisdir? Doğrudanmı kimlərsə maraqlıdır ki, hansısa ölkədə həmişə qeyri-stabillik olsun, inkişaf olmasın, problemlər yaransın? Bu, kimlərə isə sərf etsə də, düzgün yol deyil. Bu gün beynəlxalq münasibətlərdə həddindən böyük ədalətsizliklər, haqsızlıqlar var. Güc beynəlxalq hüququ əvəz etməməlidir. Bu proses böyük dövlətlər üçün də zərərlidir. Kiçik dövlətlər birtəhər yollarını davam etdirəcək, nəticələrini isə elə həmin böyük dövlətlər görə bilərlər. Tarix belə misallarla zəngindir.
- ABŞ-ın bu siyasətinə qarşı Azərbaycan hansı alternativ addımlar ata bilər? Bu addım transmilli layihələrə şamil oluna bilərmi?
- Azərbaycanın müstəqil xarici siyasət kursu həyata keçirir, ölkəmiz müstəqilliyin ilk günlərindən öz fundamental seçimini edib və bu kursu axıra qədər davam etdirir. Dünyanın bütün vektorları ilə ədalətli, qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək, hamı ilə qarşılıqlı hörmət nümayişinə əsaslanan münasibətlər qurmaq istəyirik. Elə bir həddə gəlib çıxmışıq ki, Türkiyəyə Ermənistanla sərhədləri açmalı olduğunu və bu məsələnin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi olmadığını deyirlər. Hamı Türkiyə-Ermənistan sərhədlərinin nə üçün bağlandığının səbəbini bilir. Bununla belə, bu sərhədlərin həmin səbəblər aradan qaldırılmadan, birbaşa açılmasını istəyir və bunun üçün açıq-aydın təzyiq edirlər. Türkiyəyə güclü təzyiqlər olunur. İki məsələni mütləq deməliyəm. Türkiyəyə İraq məsələsində də ədalətsizlik etdilər. Amma Türkiyə 50 ildən artıq NATO çərçivəsində Qərbin ən birinci tərəfdaşı, dayağı olub. İkiqütblü dünya sistemi dağılandan sonra Türkiyənin üzünə qarşı sanki açıq şəkildə mesaj verirlər ki, sən artıq bizə lazım deyilsən. Bu düzgün deyil. Eyni zamanda Avropa İttifaqına daxil olmaq məsələsində də həmin münasibət ortaya çıxdı. Axı bu, düzgün deyil, belə münasibətlə barışmaq olmaz. Qondarma “erməni soyqırımı” məsələsində də həmçinin... Türkiyənin rəhbəri açıq şəkildə bəyan edir ki, gəlin o dövrə dair bütün tarixi ortaya qoyaq, qoy alimlərimiz, tədqiqatçılarımız araşdırsınlar, müştərək komissiya vəziyyəti dəyərləndirsin, ondan sonra biz də qərarımızı çıxaraq. Amma bu təklifə baxan, dinləyən yoxdur. Çünki ortada uzunmüddətli planlar var. Bir daha açıq şəkildə bəyan edirəm, məndə ermənilərin bu planları barədə məlumat var. Ermənilərin planı ondan ibarətdir ki, nəyin bahasına olursa olsun, qondarma “erməni soyqırımı” məsələsi bütün dünyada qəbul olunmalı və bunu Türkiyəyə də qəbul etməlidir. Sonra isə təzminatla bağlı kampaniyaya başlayaraq, Türkiyədən təzminat almaq, daha sonra Ermənistanın Türkiyəyə ərazi iddiaları qanuniləşdirmək. Bununla da Türkiyədən ərazi qoparmaq. Ümumi plan bundan ibarətdir. Bunu görməmək mümkün deyil və çox təəssüf olsun ki, bu gün belə məkrli planın ilhamvericiləri də var.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi nə yerdədir?
- Biz Ermənistan tərəfinin son proseslərdə ortaya çıxan məsələlərə cavabını gözləyirik. Yanvar ayında Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Ermənistan tərəfi söz verib ki, mövqeyini bildirəcək. Amma hələ də mövqe bildirməyib. Xarici dövlətlər bu münaqişənin həllində ədalət naminə, beynəlxalq hüquq naminə Ermənistana təzyiq göstərməlidir. Amma əksinə, bunun əvəzində bəzən görürük ki, Ermənistana dəstək olur, hətta müəyyən yerlərdə müxtəlif formalarda arxasında dayanırlar.
- Rusiyalı həmsədrin dəyişdirilməsi danışıqlar prosesini yubada bilərmi?
- Prosesi əsas yubandıran Ermənistan tərəfidir. Çünki Ermənistana təzyiq olsa, bildirilsə ki, sən işğalçı dövlətsən, Azərbaycan ərazilərini neçə illərdir, işğal edib əlində saxlayırsan, o zaman Ermənistan belə etməz. Ermənistanın qarşısında yaşıl işıq yandırılır, bu dövlət yaradılan imkandan istifadə edir. Əlbəttə, belə halda onlar danışıqlar prosesini yubatmaq üçün müəyyən bəhanələr tapırlar. Bu səbəbdən də həmsədrə də mövcud durumu dərindən öyrənmək üçün 3-4 ay lazım olur. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, uzun illərdir, danışıqlar aparırıq, bu danışıqlar bizi Madrid təkliflərinin - nizamlanmanın baza prinsiplərinin hazırlanmasına gətirib çıxarıb və biz bununla bağlı artıq mövqeyimizi bildirmişik. Madrid təkliflərini həmsədr ölkələr özləri ortaya qoyub, onlar Ermənistandan öz təkliflərini qəbul etməyi tələb etməlidir.

795