Kimin tərəfindəsiniz Rüstəm İbrahimbəyov? - MÖVQE
0
0
Biz hamımız azərbaycanlıyıq. Biz hər birimiz ayrı-ayrılıqda özümüzü başqalarından daha çox vətənpərvər hesab edirik. Biz hamımız Vətənimizi sevirik, yaxud ən azından Vətəni hər kəsdən daha çox sevdiyimizə inanırıq. Çünki biz "vətəni sevməyən insan olmaz, olsa da ol, şəxsdə vicdan olmaz" misralarını beynimizə həkk eləyərək böyümüşük. Amma bu "biz" kəlməsi özünü həqiqətən azərbaycanlı hesab edən və bununla qürur duymağı bacaranlara aiddir. Bu mənada təəssüf ki, bu kəlmənin əhatə dairəsi təsəvvürümüzdəki qədər geniş deyil bəlkə də. Ancaq əsas olan bu deyil əlbəttə. Əsas olan odur ki, "biz" varıq və öz işimizlə, fikrimizlə, davranışımızla, uğurlarımız və uğursuzluqlarımızla varlığımızı göstərməyə çalışırıq.
Bizim ən böyük sərvətimiz heç şübhəsiz ki, öndə gedən ziyalılarımız, mədəniyyət, incəsənət və elm xadimlərimiz, tarixdə öz əməyi ilə iz qoymağı bacarmış dahilərimizdir. Biz Nizami Gəncəvi ilə "Xəmsə"sinə, Füzuli ilə "Leyli və Məcnun"una, Üzeyir bəylə "Arşın malalan"ına, Bəxtiyar Vahabzadə ilə "Gülüstan"ına görə qürur duyuruq. Azərbaycanlıların hər zaman ziyalılara dərin və saf bir sevgi, sonsuz ehtiram və bəlkə də başqa heç bir xalqa xas olmayacaq qədər həssas bir münasibəti olub.
Biz ziyalılarımızı sevdiyimiz qədər qorumağı da bacarmışıq və bəlkə də buna görə onlardan daha çox şey umuruq. Ancaq biz Vətəndən yüzlərlə kilometr uzaqlıqda Azərbaycanın tanınması, azərbaycanlıların toparlanması və birləşməsi üçün nə qədər qeyri-təvazökar səslənsə də, fədakarlıq göstərib təşkil etdiyimiz tədbirlərdə, etiraz aksiyalarında ziyalılarımızı görməyəndə içimizi dərin bir məyusluq hissi bürüyür. Axı biz heç vaxt onları belə laqeyd və biganə təsəvvür etməmişik. Ancaq indi Azərbaycanın çox görkəmli ziyalılarından biri olan Rüstəm İbrahimbəyovun mətbuatdakı çıxışını oxuyanda mənim sadəcə təəccüblənməkdən başqa heç nəyə gücüm çatmadı. Çünki mən sadə bir azərbaycanlı kimi Rüstəm İbrahimbəyovun Azərbaycan diasporunun indiyə qədər keçirdiyi heç bir əhəmiyyətli tədbirdə (dövlət tədbirləri istisna olmaqla) görməmişəm. Buna görə də onun "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adlı qurumun təsisçiləri sırasında yer alması ikiqat təəccüb doğurur. Çünki əgər doğrudan da Rüstəm müəllim Rusiyada yaşayan azərbaycanlıları birləşdirən bir təşkilatın yaradılmasında iştirak etmək niyyətilə bu quruma qoşulubsa, onda niyə indiyə qədər eyni missiyanı yerinə yetirən Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə maraqlanmağa vaxt tapa bilməyib.
Niyə Fransada doğulmuş erməni mənşəli Şarl Aznavur rejissor Atom Eqoyanla birlikdə bütün dünyanı "erməni soyqırımı"na inandıran "Ararat" filmini beynəlxalq festivallara çıxaranda milliyyətcə azərbaycanlı olan, Azərbaycanda doğulmuş Rüstəm İbrahimbəyov Qazaxıstan prezidentinin təklifi ilə çəkilmiş 40 milyon dollarlıq "Köçərilər" filminə başı qarışıb. Ümumiyyətlə, bu qədər yüksək intellektə, unikal istedada malik olan Rüstəm İbrahimbəyov azərbaycanlıların, mənsub olduğu xalqın başına gətirilən Xocalı soyqırımı kimi dəhşətli bir cinayətə, Qarabağ problemi kimi açıq-aydın işğal faktına dünyanın diqqətini cəlb eləmək üçün ən azı qısametrajlı bir filmin belə ssenarisini yaza bilməzdimi? Bunun üçün onun, qeyd etdiyim kimi, istedadı da, bacarığı da, lazım gəlsə, maliyyə tapmaq imkanları da sayı 50 milyonu keçən azərbaycanlının hər birindən daha çoxdur axı. Bəs onda bu addımı atmaq üçün çatışmayan amil nədən ibarətdir? Bəlkə kimlərsə mane olur. Kimlər? Nədir heç kəsdən və heç nədən qorxmadığını, çəkinmədiyini söyləyən dünyanın tanıdığı bir insana mane olan amil?
Əstəğfrüllah mənim heç kimi qeyri-vətənpərvərlikdə ittiham eləmək kimi bir niyyətim yoxdur. Ancaq cavabsız qalan suallarım var sadəcə. Bu suallardan biri də ondan ibarətdir ki, Azərbaycanda vətəndaş həmrəyliyinin, milli birliyin olmadığını iddia edən və buna görə də əksər hallarda hakimiyyəti ittiham edən Rüstəm İbrahimbəyov niyə indiyə qədər susub. Rüstəm müəllim əslində özü müsahibələrinin birində bu suala cavab verib: “Mən Rüstəm İbrahimbəyov özümü ona görə belə kəskin aparıram ki, üç il, dörd il qabaqdan Azərbaycanda ziyalılara, mədəniyyət, incəsənət xadimlərinə hörmət olmadığını gördüm.” Ancaq bu cavabın özü də sual doğurur: niyə bir il, iki il, on il, on beş il öncə yox məhz indi? Bu tarix təsadüfənmi Rüstəm İbrahimbəyovun Bakının mərkəzində, həm də düz Şəhidlər Xiyabanının yaxınlığında "Kino evi" açmaq iddiasına icazə verilməməsi ilə eyni vaxta düşür? Mən hələ onu demirəm ki, bəzi iddialara görə "Kino evi" Rüstəm müəllimin şəxsi biznesini genişləndirmək layihəsi olub. Əlbəttə ki, hər bir azərbaycanlının, o cümlədən Rüstəm müəllimin də istənilən yerdə əmlak almaq və ondan istədiyi kimi istifadə etmək hüququ var. Lakin, qoy ictimaiyyət özləri cavab versin ki, bizim üçün daha müqəddəs olan dəyər hansıdır: Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna ehtirammı, yoxsa Rüstəm İbrahimbəyovun şəxsi biznesini genişləndirmək arzularına qarşı tolerantlıqmı? Şəhidlər Xiyabanımı, "Kino evi"mi?
Siyasətlə, əlbəttə ki, hər kəs məşğul ola bilər. Siyasi proseslərə, hakimiyyətə, müxalifətə münasibətini də ifadə etməkdə hər kəs sərbəstdir. Ancaq ziyalıların siyasətə münasibəti ilə siyasətçilərin siyasətə münasibəti arasında müəyyən bir sərhəd var. Siyasətçilərin bir hədəfi var: hakimiyyət, bu tamamilə təbiidir. Ziyalıların isə hədəfi yalnız xalqın maraqlarının qorunması olmalıdır və sadəcə ziyalılıq anlayışının fəlsəfəsindən doğan zərurətdir. Ziyalılar bütün siyasətçilərə eyni məsafədə dayanmağı bacarmalıdırlar. Bu məsafə bu və ya digər tərəfin xeyrinə dəyişəndə ziyalı tərəfə çevrilir! O, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrdən birinin yanında dayanır və bu zaman onun işlətdiyi hər bir ifadə, hər bir çıxışı və müsahibəsi daha çox siyasətçi mövqeyinin ifadəsi kimi qəbul olunur.
Şübhəsiz, hər bir kəsin siyasətlə məşğul olmaq haqqı var. Lakin ziyalı obrazı ilə siyasətçi obrazı arasında ayırıcı bir sədd var. O səddi keçəndə obraz da dəyişir. Çünki ziyalı artıq siyasətçilərin sırasında dayanır, siyasətçi kimi danışır və düşünürsə onun ictimai təsəvvürdəki ənənəvi obrazı da dağılmış olur. İndi mən bu suala da cavab axtarıram: Rüstəm İbrahimbəyov ziyalı kimimi danışır, siyasətçi kimimi? Biz hansı Rüstəm müəllimə daha çox inanmalıyıq? Ziyalı, görkəmli incəsənət xadimi, bütün dünyanın tanıdığı Rüstəm İbrahimbəyovu siyasətçi kimi danışmağa vadar edən doğrudanmı sadəcə xırda bir əmlak məsələsidir? Ziyalı Rüstəm İbrahimbəyov, görəsən, heç bir dəfə siyasətçi Rüstəm İbrahimbəyovun son müsahibələrinə göz gəzdirərək leksikonunu hansı sözlərlə zənginləşdirdiyinin fərqinə varıbmı? "Onun başı xarabdır", "qələt edirlər", "bu süzğ deyənlər axmaqdır" - bu ifadələr doğrudanmı Sizə məxsusdur, Rüstəm müəllim?
Təəssüf doğuran daha bir məqam Rüstəm İbrahimbəyovun Azərbaycan və Rusiyanın siyasi sistemləri arasında apardığı son dərəcə qüsurlu müqayisəsidir. Rusiyada hakimiyyətin ötürülməsi mexanizmini az qala demokratik adlandıran Rüstəm müəllimin Azərbaycanı mümkün qədər aşağılamağa, bizim guya dünyadan geri qaldığımızı sübut etməyə yönəlmiş əsəbi və bayağı ritorikasını başa düşmək çox çətindir.
Siz kimin tərəfindəsiniz Rüstəm İbrahimbəyov: doğulduğunuz, çörəyini yeyib suyunu içdiyiniz, sizə ən ali dövlət mükafatlarını qürurla təqdim edən, əlinizi üstünə qoyduğunuz hər şeyi sizə verən və ən başlıcası bir parçası işğal altında olan, xarici kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrinizdə adını çox nadir hallarda çəkdiyiniz doğma Vətəniniz olan Azərbaycanınmı, yoxsa sizə sadəcə heç də təmənnasız olmadan müəyyən maddi imkanlar qazandıran Rusiyanınmı? O Rusiyanın ki, əsgərləri 1990-cı ildə Azərbaycanda böyük bir faciənin ssenarisini yazmışdı və o zaman nüfuzlu və tanınmış azərbaycanlıların bir çoxu buna öz etirazını bildirmişdi. Siz isə susurdunuz. Niyə Rüstəm müəllim? İndi Sizi danışmağa vadar edən amil o zamankı sükutunuzun səbəbindən dahamı güclüdür?
Samirə Patzer-İsmayılova,
Avropa Azərbaycanlıları Konqresinin prezidenti,
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü