“Qarabağa Doğru” yürüş keçirilib
29 sentyabr 2012 20:36 (UTC +04:00)

“Qarabağa Doğru” yürüş keçirilib

Qeyd edək ki, Nərgiztəpə təmas xəttinin yaxınlığında yerləşir.

Bu ərazilərin Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsi olması və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində 1116 saylı inventar nömrəsi ilə qeydə alınmış orta Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə “Nərgiztəpə” maddi mədəniyyət abidəsinin burada yerləşməsi və 1994-cü il aprelin 10-u tarixində ümummilli lider Heydər Əliyevin burada Xocavənd taborunun döyüşçüləri ilə səngərdə görüşməsi, onlarla söhbət etməsi faktları bu ərazilərin mahiyyət etibarı ilə böyük əhəmiyyət daşımasını şərtləndirir.

Yürüş Nərgiztəpə ərazisində şəhidlərimizin xatirəsinə ucaldılmış “Şəhidlər” abidə - xatirə kompleksi önündə toplantı ilə başa çatıb. Rayon sakinləri, şəhid ailələri, müharibə veteranları, məktəblilər və ictimaiyyət nümayəndələrinin ümumilikdə iki min nəfərdən artıq insanın qatıldığı yürüş mitinqdə üç min metrə yaxın məsafə qət edilib, Ermənistanın işğalçılıq siyasətini pisləyən, Qarabağı, işğal altında olan torpaqlarımızı azad etmək və tezliklə doğma yurdlara qayıtmaq istəklərindən bəhs edən şüarlar səslənib. Sonda yürüş iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti qəbul edib.

Məlumat üçün bildiririk ki, Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan olunub,47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq, viran edilib.

Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə,rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilmiş bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Bu qeyri–bərabər döyüşlərdə rayonun uşaqlı–qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib.
Ermənilərlə qeyri–bərabər savaşda 4 ay mühasirədə qalan kənd 77 nəfər şəhid verib, bu da kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata - baba yurdlarının müdafiəsi uğrunda 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib. Bu da rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri deməkdir. Zorla cəlb olunduğumuz bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib.

Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib. Ancaq bütün itkilər, ağrı və acılar rayonun mərd, cəsur insanlarını heç bir vaxt sarsıtmayıb. Məhz xocavəndlilərdən təşkil olunmuş özünümüdafiə taborunun apardığı döyüşlər nəticəsində Dağlıq Qarabağın - Xocavənd rayonunun bir hissəsi düşmənlərdən azad edilərəkqorunub-saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1820

Oxşar yazılar