TƏBİB-dən Səbuhi Məmmədlinin səhhəti ilə bağlı  AÇIQLAMA
23 noyabr 2022 18:23 (UTC +04:00)

TƏBİB-dən Səbuhi Məmmədlinin səhhəti ilə bağlı AÇIQLAMA

“Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub. Özünün də qeyd etdiyi kimi, tibbi xidmətlərlə yanaşı, kifayət qədər diqqət və qayğı ilə də əhatə olunub”.

Lent.az-ın xəbərinə görə, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd edilib ki, indiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydə alınan xəstəlikləri üzrə müalicə kursu keçib:

"Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Eləcə də xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir.

Hazırda onun müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir. Nəzərdə tutulan əməliyyatı üçün bu gün zəruri müayinə və analizlərdən keçib. Sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə sabah əməliyyat olunması planlaşdırılır".

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az-ın əməkdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Oxşar yazılar