Kişilərdə uzun sürən koronavirus səbəbiylə bədən dik vəziyyətdə olanda ayaqların rəngi dəyişə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu qənaətə Britaniyanın Lids Universitetinin alimləri gəlib.
“33 yaşlı kişi altı ay ərzində ayaq üstə durarkən ayağının rənginin tez bənövşəyi rəngə çevrilməsi ilə əlaqədar pasiyent klinikamıza müraciət etdi. Ayaqlarının getdikcə ağırlaşdığını bildirdi”, - mütəxəssislərin məqaləsində deyilir.
Ancaq xəstənin dediyinə görə, uzananda ayaqları normallaşır. Materialda göstərildiyi kimi, ona əvvəllər “uzun COVID” və postural ortostatik taxikardiya sindromu diaqnozu qoyulub. Bu sindrom, bədən mövqeyi ilə ürək dərəcəsinin artması ilə xarakterizə olunur.
Alimlər kişiyə uzunmüddətli koronavirus infeksiyası ilə əlaqəli avtonom sinir sisteminin nasazlığı diaqnozu qoyublar. Həkimlərin fikrincə, ayaqların rənginin dəyişməsi venoz qanın yığılması ilə bağlıdır.
Xəstəyə daha çox maye və duz qəbul etmək, həmçinin əzələləri gücləndirmək üçün bir sıra fiziki məşqlər etmək tövsiyə olunub.
Məqalədə alimlər deyirlər ki, son vaxtlar uzunmüddətli koronavirus və postural ortostatik taxikardiya sindromu arasında əlaqənin getdikcə daha çox sübutları ortaya çıxır.