Həkimdən şəkər xəstələrinə  faydalı məsləhətlər
12 iyul 2024 14:57 (UTC +04:00)

Həkimdən şəkər xəstələrinə faydalı məsləhətlər

Tanınmış terapevtlərdən biri olan Zarema Ten diabetdən əziyyət çəkən insanlara yalnız tünd şokolad yeməyi tövsiyə edib.

Lent.az xəbər verir ki, həkim bu şokoladların yüksək kakao tərkibli olmasına diqqət yetirməyi bildirib. 

Bundan əlavə, qan şəkəri yüksək olanlar üçün elm adamları artıq fruktoza şokoladını tapıblar. Şəkərli diabet xəstələri tərəfindən də istehlak edilə bilər.

Bu vəziyyətdə norma 10-15 qramla məhdudlaşır. Belə şokoladın tərkibində kakao miqdarı ən azı 85-90% olmalıdır.

Eyni zamanda, karbohidrat mübadiləsinin pozulması, həddindən artıq karbohidrat istehlakı ilə bağlı piylənmə və digər xəstəliklərdən əziyyət çəkən 1 və 2 tip şəkərli diabet xəstələrinə süd və ya ağ şokolad yemək qəti qadağandır. Bu növ qənnadı məmulatlarının qlükoza səviyyəsi çox yüksəkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Sevinc Fərid

Oxşar yazılar