Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB
09 may 2025 12:28 (UTC +04:00)

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

Mayın 10-u müasir mərhum prezident Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.

Lent.az xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Sonra birinci xanım Mehriban Əliyeva  onun xatirəsini dərin hörmətlə yad edib.

Dövlət başçısı və birinci xanım Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar