Xanəndə Qoçaq Əsgərovun İtalyada daha bir albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, "Felmay" musiqi şirkəti tərəfindən buraxılan toplu “Traditional music of Azerbaijan” adlanır. Bura “Şur”, “Mahur-hindi” muğamları, “Dəşti” təsnifi, “Küçələrə su səpmişəm” və digər xalq mahnıları daxil edilib. Xanəndə həmin şirkətin albomu yüksək tirajla yaydığını deyib.
Qeyd edək ki, şirkət müxtəlif ölkələrdə istedadı və uğuru ilə seçilən ifaçılara dəstək göstərir. Həmin şirkət artıq bir neçə dəfə Qoçağa dəstək olub. "Felmay" şirkəti disk, xanəndə və musiqimiz haqqında rəsmi saytında informasiya yerləşdirib. Həmçinin Qocaq Əsgərovun ifalarını sayta daxil edib.
Saytda həmçinin Alim Qasımovun və milli alətlərimizin də adı çəkilib.