Azərbaycan Bəstəkarlar İttifaqı təşkil edəcəyi tədbirləri açıqlayıb
13 yanvar 2016 12:05 (UTC +04:00)

Azərbaycan Bəstəkarlar İttifaqı təşkil edəcəyi tədbirləri açıqlayıb

 

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ)  2016-cı ilin ilk yarısı üçün tədbirlər planını hazırlayıb. ABİ-dən Lent.az-a verilən məlumata görə, yanvarın 20-də R.Behbudov adına Mahnı Teatrında müstəqil Azərbaycan tarixində iz qoyan “Qanlı Yanvar” faciəsi ilə bağlı matəm konserti təşkil olunacaq. Tədbir beynəlxalq müsabiqələr laueratı Cavad Tağızadənin rəhbərlik etdiyi, ABİ-nin “Baku- Sinfonietta” orkestrinin iştirakı ilə baş tutacaq. Proqramda klassik musiqi, o cümlədən, Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

 

 Yanvarın 29-da M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayevin 70-ci illliyinə həsr olunan simfonik və oratoriya musiqisi konserti keçiriləcək. Tanınmış bəstəkarın əsərlərindən ibarət konsert proqramını Ü.Hacıbəyli adına Simfonik Orkestr və Dövlət Xor Kapellası, dirijor qismində isə xalq artisti Fəxrəddin Kərimov təqdim edəcək.

 

Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günündə Azərbaycan Bəstəkarlar İttifaqının katibliyinin təntənəli toplantısı keçiriləcək, axşam isə Dövlət Filarmonisyasında dahi bəstəkarın əsərləri səsləndiriləcək. Bundan sonra isə tanınmış bəstəkarlar, respublikanın əməkdar incəsənət xadimləri Həsən Adıgözəlzadə, Azər Dadaşov, Tahir Əkbərin 70-ci illlikləri qeyd olunacaq. Həmçinin əməkdar incəsənət xadimləri Qəmbər Hüseynli, Zakir Bağırov və Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunan yubiley tədbirlərinin keçirilməsi də böyük maraqla gözlənilir.

 

Bununla yanaşı, aprel ayında Gənc Bəstəkarlarin Musiqi Plenumu planlaşdırılıb. Plenum çərçivəsində üç günlük festival keçiriləcək, o cümlədən dinləmə və diskussiyalar təşkil olunacaq. Həmçinin aprel ayında Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə  bağlı müsabiqəyə start veriləcək.

 

 May ayında Ümummilli Lider Heydər Əliyevin doğum günü ABİ tərəfindən silsilə tədbirlər şəklində qeyd olunacaq, konsertlər, konfranslar, eləcə də Ümummilli liderə həsr olunan yeni bəstələrin dinlənilməsi baş tutacaq.

 

İyunun 15-də, Milli Qurtuluş Günü münasibəti ilə, Ü.Hacıbəyli adına konsert zalında Bakının musiqi məktəblərində təhsil alan istedadlı gənclər rəngarəng konsert proqramı ilə çıxış edəcəklər.

 

İlin birinci yarısına dair tədbirlər planı isə ənənəvi “İpək yolu” VII Şəki Beynəlxalq Musiqi Festivalı ilə yekunlaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

Ümidə Həsənova

Oxşar yazılar