<span style="color:red;">“Discoveri Azerbaijan”   təqdim edir: qayalara hopmuş tarix - <span style="color:red;">Qobustan - FOTOLENT
04 noyabr 2014 17:09 (UTC +04:00)

“Discoveri Azerbaijan” təqdim edir: qayalara hopmuş tarix - Qobustan - FOTOLENT

Dünyanın ən böyük qədim qayaüstü rəsmlərinin kolleksiyalarından biri - burada olan petroqliflərin sayı 400 mindən çoxdur. Qobustan dövlət tarixi-bədii qoruğunda həmçinin ilk insan məskənlərini, tarixdən əvvəl inşa edilən tikililəri və daş dövrünün və ondan sonrakı dövrlərin sakinləri  barədə digər sübutlar  görmək olar.  Qobustanın qayaüstü rəsmlərinin mədəni peyzajı YUNESKO-nun dünya irsi siyahısına daxil edilib. (informasiya www.azerbaijan.travel saytından götürülmüşdür).


Yaxın vaxtlarda tikilmiş muzey qoruq dağlarından birinin - Böyükdaşın ətəyində yerləşir.

 

Muzey 2 mərtəbəlidir və hər mərtəbədə 6 pavilyon var.

 

Pavilyonlardan hər biri bir-birindən mövzu üzrə  eksponatlarla fərqlənir.

 

İnteraktiv monitorlar xüsusilə maraqlıdır. Bəzi  monitorlarda isə zehin oyunu üzərində baş sındırmaq olar.

 

Eksponatların arasında maraqlı bir çox əşyalara rast gəlmək olar, hətta tunc dövrünün bu cür muncuqlarına belə.


Həmçinin, mağaralarda tapılmış heyvan sümükləri.

 

Muzeydən sonra biz dağın özünə, mağaralara və qaya şəkillərinin yanına qalxdıq.

 

Burun hissəsində günəş həkk edilmiş qayıq və insanların təsviri. Ziqzaqlar yağışı və buludları ifadə edir.

 

Çox nəşrlərdə tez-tez rast gəlinən ən məşhur şəkillərdən biri – rəqs edən insanlar – Yallı.

 

Şəkillərdən bəziləri yaxşı görünmür. İddia edilir ki, şəkillərin daha aydın görünməsi üçün əvvəllər onlar diş tozuyla boyanırdı, amma hal-hazırda bunu artıq etmirlər. Şəkildə öküz və keçi.

 

"Yeddi gözəl" mağarasında incə belli, möhkəm ayaqlı və kürəklərində yay olan qadınların təsvirlərini görmək olar.

 

Şəkillər çoxdur, diqqətlə baxıb insanların və heyvanların təsvirlərini ayırd etmək olar.

 

Bütün kişi fiqurları anfasda  ayin rəqsinin pozasında, hərəkətdə göstərilmişdir. Mübarizə aparanların hər birinin əlində silah —çubuq və ya bıçaq saxladığı döyüş səhnəsi var.


Qadınlar daşlarda həmçinin matronalar və matriarxatın dayağı kimi —  məhsuldarlığın simvolu hesab edilən dolğun, kök, döyüşçü qadınlar kimi təsvir edilmişdir.
 

Qavaldaş –qeyri-adi yanı üstə qurulmuş böyük lövhə olan daş-qavaldır. Onu döyməklə dəqiq ritmik motivlər çıxartmaq olar. Döydüm, xoş səs.


Yeri gəlmişkən, burada olarkən smartfonlar üçün proqramı - eyni adlı oyunu xatırladım. Qobustan sakinlərinin həyatının yaxşı oxşatması.

 

 

Bununla da bizim layihəmiz sona çatır. 20 gün ərzində biz Elçinlə ölkə üzrə 5000km-dən çox məsafə qət etdik. Asfalt, çınqıl, palçıq və s. üzərində uzun saatlar.

 

Biz 23 şəhərdə, 20-dən çox müxtəlif kənddə olduq, bir çox körpüdən keçdik, müxtəlif hündürlüklərə qalxdıq. İstənilən turistin region üzrə lazımlı informasiya ala biləcəyi turizm informasiya mərkəzlərinin mövcudluğu haqqında öyrəndik. Vətənimizin qədim zəngin mədəniyyəti haqqında terabaytlarla şifahi və vizual informasiya aldığımız bir çox bərpa edilmiş və bəzən yenidən tikilmiş muzeylərə və mədəniyyət mərkəzlərinə baş çəkdik.

 


Statistikanı artırmaq olar, amma sizə bir şey deyəcəm – bizim çoooox gözəl ölkəmiz var! Öz təbiəti, öz hədsiz dadlı yeməyi, öz unikal şəhərləri və abidələri ilə gözəldir. Və əlbəttə ki öz insanları ilə!

 

Ən yadda qalan anları yada salaraq - Xınalıqda hədsiz enerjili uşaqları, Lahıcın rahatlığını, Qəbələdə arxeomərkəz və qaldırıcı mexanizmləri, Şəkinin ən dadlı pitisini və unikal danışığını, Şəmkirdə arxeoloji qazıntıları, Hacıkənddən Kəpəz dağına möhtəşəm görüntünü, şəlalələri, ləvəngini, muzeyləri və s. qeyd edə bilərəm... Hər şeyi qeyd etmək istərdim. Bu vaxta qədər haqqında yazdığım hər şeyi. Bütün yolu yenidən keçmək və bütün gözəlliklərə yenidən dalmaq istəyirəm!

 

 

Sonda isə sizinlə bizim səyahətimiz haqqında qısa videoçarxı bölüşmək istəyirəm. Dostlar, yerinizdə oturmayın! Ölkə üzrə daha çox səyahət edin!

 

Layihəmizə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildirmək istəyirik.

 

Həmçinin, bütün layihə ərzində bizə kömək edən, əməyi keçən, təlqin edən hər kəsə təşəkkür edirik. Hamıya təşəkkür!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900
avatar

Oxşar yazılar