Türk dili və ədəbiyyatı üzrə mütəxəssis Mahmud Dəstpiş
02 avqust 2021 21:12 (UTC +04:00)

Türk dili və ədəbiyyatı üzrə mütəxəssis Mahmud Dəstpiş

“SİZƏ SALAM GƏTİRMİŞƏM” şeirinin müəllifi vəfat etdi

Güney Azərbaycanlı şair, məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi, türk dili və ədəbiyyatı üzrə mütəxəssis Mahmud Dəstpiş (Valeh) avqustun 1-də 87 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, əslən Ərdəbildən olan “Valeh”in ailəsi ötən əsrin əvvəllərində Bakıya köçüb. Sonra yenidən Ərdəbilə qayıdıb.

“Salam gətirmişəm" türk şeirlər divanı, “Türkcə sözlük”, “Füzulidən Şəhriyara qədər”, “El sovqatı”, “Dağa dönmüşəm” və “Məşədi İbad nümayişinin tərcüməsi” Mahmud Dəstpişdən (Valeh) yadigar qalan əsərlərdir.

O, Azərbaycanda daha çox “Sizə salam gətirmişəm şeiri” ilə tanınıb. Şeirin sözlərinə ustad Əli Səlimi müsiqi bəstələyib və bir çox ölkələrdə, türk dünyasında ən çox sevilən mahnılardan birinə çevrilib.

Valeh Milli Hökumətin Daxili İşlər naziri olmuş doktor Salamulla Cavidin təsis etdiyi “Dostlar görüşü” ədəbi dərnəyinin üzvlərindən biri olub.

Qeyd edək ki, Mahmud Dəstpiş 1934-cü ildə Bakıda anadan olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6486
avatar

Nigar Adil

Oxşar yazılar