Samovarlar barədə  maraqlı faktlar - Belə yaranıb
11 noyabr 2023 19:00 (UTC +04:00)

Samovarlar barədə maraqlı faktlar - Belə yaranıb

Samovar sözü açıq-aşkar rus sözüdür, mənası "özü bişirən" deməkdir. Bəs samovarlar ilk dəfə Rusiyada kəşf olunub? Müasir samovarların vətəni Rusiya sayılsa da, ən qədim samovarın vətəni Azərbaycandır. Yaşı 3700 il olan ən qədim samovar Şəki bölgəsində tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir. 

Lent.az “Belə yaranıb” rubrikasında samovarların yaranma tarixçəsinə nəzərə salır.

Samovar Rusiyaya çayla birlikdə Çindən XVII əsrdə gətirilib. Çindən gətirilən içərisində mayeni isitməyə imkan verən közlə qızıdırılan qurğunun adı ho-go idi. Ho-go çay dəmləmək üçün nəzərdə tutulmurdu. O yeməyin soyumaması üçün istifadə edilən, altında manqal qoyulmuş qab idi.

Ho-go

Lakin qədim dövrlərdə belə qurğulardan romalılar və farslar da istifadə edirdilər.

Qədim romalılar ona autepsa deyirdilər, şərab qızdırmaq üçün istifadə edirdilər. Farslarda da belə "qızdırıcılar" var idi. Volqaboyu Beljamen şəhərində aparılan qazıntılar zamanı monqollara məxsus mis qızdırıcı qalıqları aşkar edilib.

Çayın vətəninin Çin olduğunu nəzərə alsaq, çay bişirənin də vətəni Çin hesab oluna bilər.

Müasir samovarlar isə 1778-ci ildən Tula silah zavodlarında istehsal olunmağa başladı. Tulada samovarların ilk istehsalçıları 18-ci əsrin sonlarında samovar müəssisəsi açan Lisitsin qardaşları idi. Onlar misdən hazırlanırdı. Sonralar samovarlar dəbə düşdükcə müxtəlif istehsalçılar yarandı və hər kəs öz samovarını daha gözəl, daha zövqlə hazırlamağa başladı.

Müxtəlif üslublu samovarlar meydana çıxdı: "İmperiya", "krater", samovar-küp, samovar-dulya, samovar-şüşə və s. Mətbəx, kofe, səyahət və kerosin samovarları istehsala buraxıldı. Birinci Dünya Müharibəsinin əvvəlində Tula ildə 660.000-dən çox samovar istehsal edirdi.

Tula ustaları olan Lisitsin, Kapirzin, Lomov, Şemarin, Kornin, Vorontsov, Bataşevin əl işləri həm Rusiyada, həm də Avropada məşhur idi.

Bəs Şəkidəki qədim samovar ora haradan gəlib çıxıb? Bax bu müəmmanın üzərindəki sirr pərdəsi hələ də açılmayıb. Bir onu bilirik ki, 2 əsrdən çoxdur azərbaycanlı xanımların cehizində boynuna qırmızı kələğayı bağlanmış samovar mütləq olur. Samovar azərbaycanlılar üçün isti ocağın, ailənin simvoluna çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9806

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21