Qarabağda Novruz bayramını qeyd edəcəyik - Əməkdar artistdən TƏKLİF
29 dekabr 2020 11:36 (UTC +04:00)

Qarabağda Novruz bayramını qeyd edəcəyik - Əməkdar artistdən TƏKLİF

“Neçə vaxtdır ölkədə yolka söhbəti gedir. Canlı insanların problemlərindən danışmaqdansa, cansız əşyaların varlığını qloballaşdırmışıq. Yetərincə problemimiz, dərdimiz var. 

31 dekabr bizim üçün, Dünya Azərbaycanlıların Həmrəylik günüdür: “Bu il biz heç vaxt olmadığımız qədər həmrəy olduq.”

Bunu Lent.az-a açıqlamasında “Yuğ” Teatrının aktrisası, əməkdar artist Gülzar Qurbanova deyib.

Əməkdar artist Gülzar Qurbanova

Aktrisa qeyd edir ki, bu 44 gündə biz hamımız bir yerə cəmlənib birlik göstərdik, ürəyimiz bir döyündü, sevincimiz, kədərimiz bir oldu:

“Vətənimiz işğaldan azad olunan torpaqlarımızla bütövləşdikcə, hamının amalı, arzusu, niyyəti, duası eyni oldu, Vətən kimi böyüdük, bir bayraq altında birləşməyi bacardıq. Bizi birləşdirən o nöqtə Qarabağ oldu. 

Əlbəttə, biz Qarabağımızda Novruz bayramını da qeyd edəcəyik. Səmənimizi də  yetişdirəcəyik, tonqalımızı da qalayacağıq.

Ocağımızı yandırmışıq, bundan o yana ancaq bu alovu əbədi mühafizə etmək diləyi ilə... İnşallah.”

Əməkdar artist qələbəmiz ilə dərdimizin də eyni çəkidə olduğunu deyir:

“Yaddan çlxartmamalıyıq 2800-dən çox ev, övladları itkin düşmüş ailələr bayram keçirtməyəcək...

Hər bir şəhid, hər birimizin əzizidi, doğmasıdı. Onları unutmamaq, böyüklüyünü dərk etmək bizim sadəcə borcumuzdur, vəzifəmizdir. Allah bu borcu layiqincə ödəməyimizə fürsət versin.

Sadəcə ağlamaq, kədərlənmək də azdır, indi sözün hər mənasında şəhidlərimizin, qazilərimizin və onların ailələrinin yanında olmalıyıq.

Mən Vətən oğullarını dünyaya gətirən valideynlərin, bu günki Qələbə sevincini xalqımıza bəxş edən qəhrəmanlarımızın, şəhidlərimizin qarşısında baş əyirəm. Allahdan qazilərimizə şəfa diləyirəm, Şəhid analarının, atalarının yanan qəlblərinə, yaralı canlarına səbir, hüzur, sükunət verməyini diləyirəm.

İstəyirəm onların hamısını ovunduracaq bir söz, bir əməl sahibi olum. Bütün dərdlərini, həsrətlərini qəlblərindən yox edim...

İstəyirəm deyəm Tarixə çevrilənim! Əbədiyyətə qovuşanım! Ucalığa yüksələnim!

Vətən sevgisi arzularından böyük olan qardaşlarımız...”

Gülzar Qurbanova qəhrəmanlarımızın adını yaşatmaq üçün  filmlər çəkiləcək, kitablar yazılacağını qeyd edir:

“Yeni Azərbaycan tarixinin müəllifi sizlər olacaqsız, balalarımız, nəvələrimiz Vətən sevgisini sizdən öyrənəcək.

Ən böyük istəyim isə  “Şəhidlər bağı” salınsın və 44 günlük  Vətən  savaşında şəhid olan qəhrəmanlarımızın sayı qədər ağac əkilsin.”

 

# 2010
avatar

Nigar Adil

Oxşar yazılar