"Qarabağ mətbəxi" təqdim olundu
26 iyul 2012 17:39 (UTC +04:00)

"Qarabağ mətbəxi" təqdim olundu

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kitabın müəllifləri Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanovadır.

Qarabağ mətbəxinin tarixi, etnoqrafiyası üç dildə - rus, ingilis və Azərbaycan dilində təqdim olunan kitab haqda danışarkən mərkəzinin baş texniki Aysel Şıxəliyeva bildirib ki, kitabda verilən xörəklər haqda məlumatların hamısı 20 ildən çox məcburi köçkün həyatı yaşayan Qarabağ əhalisindən, ayrı-ayrı şəxslərdən toplanıb: “Buna görə də kitab tam işlənmiş texnoloji kitab yox, daha çox olduğu kimi xalq mətbəxidir. Bu günə qədər Qarabağ mətbəxinin toplanması yönündə ölkəmizdə heç bir tədqiqat işi aparılmayıb. Bir çox xörəklər haqda isə ümumiyyətlə, ilk dəfə bu kitabda məlumat verilir”.

Kitab haqda təəssüratlarını bölüşən Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov layihənin ərsəyə gətirilməsinə siyasi qiymət verərək qeyd edib ki, Kulinariya Mərkəzinin rəhbərliyi bir il öncə belə bir kitab hazırlamaqla bağlı onlara müraciət edib: “Kitabın siyasi mahiyyətini nəzərə alaraq, işğal altında olan rayonların icra hakimiyyətlərinə göstəriş verdik və onlar lazımi materialları toplayıb təhvil verdilər. Bilirsiniz ki, ermənilər tarixən bizim mədəni irsimizə sahib çıxmağa çalışırlar. Belə bir vəziyyətdə mən bu tədbirə siyasi qiymət verirəm. Amma iş bununla bitməməlidir. Qarabağın tarixi abidələri, ziyalıları, adət-ənənələri haqqında kitablar nəşr olunmalıdır. Biz bu işlərə təşkilatçılıq və maliyyə dəstəyi verməyə hazırıq”.

Sonda Tahir Əmiraslanov çıxış edərək Qarabağ Mətbəxi Kulinariya Mərkəzinin yaradılması və Azərbaycanda, eyni zamanda xarici ölkələrdə Qarabağ Mətbəxi Günlərinin keçirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602

Oxşar yazılar