Əbülfəs Qarayev: “Bu, ermənilər tərəfdən Azərbaycan mədəniyyətinə açılmış atəşdir”
Lent.az-ın məlumatına görə, konfrans bu günlərdə Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutundan - “Puşkin evi”ndən gətirilən səs yazıları barədə olub.
Konfransda çıxış edən nazir bildirib ki, keçən il nazirliyin kino idarəsinin əməkdaşları və Musiqi Mədəniyyəti Muzeyinin nümayəndə heyəti “Puşkin evi”ndə tədqiqatlar aparıb. Tədqiqatlar nəticəsində məlum olub ki, orada saxlanılan Azərbaycan musiqi folkloruna məxsus səs yazıları erməni millətinə məxsus nümunələr kimi qeydə alınıb.
Nazir qeyd edib ki, bu nümunələr 1927-29-cu illərdə Zaqafqaziyada kənd-kənd gəzərək toplanılıb. Bu nümunələr Qərbi Azərbaycan, indiki Ermənistan ərazisindəki Zülağac, Aşağı Arcaman, Görus, Qarakilsə, Bazraçay, Quşbələk, Gərgər, Malişki, Keşişkənd, Molla Göyçə, Şulaverən, Arxvəli, Qırxdəyirman, Karvansara kəndlərində, eləcə də Tiflis, İrəvan və digər yerlərdə mexaniki səsyazma üsulu ilə yazılıb: “Bu yazılardakı xanəndlərin hamısının ifası Azərbaycan dilindədir. Amma qeydiyyat dəftərində bir dənə də olsun “Azərbaycan”, “Azərbaycan musiqisi” sözlərinə rast gəlinmir. Bütün yazılar erməni millətininki kimi qeydə alınıb. Halbuki kolleksiyalarda Rast, Çahargah, Hicaz, Mahur, Şur, Bayatı Şiraz, Mirzə Hüseyn Segahı, Sarı gəlin, Koroğlu və digər adlar qeyd olunub. ifaların da hamısı Azərbaycan dilindədir. Bu isə onu sübut edir ki, bunlar Azərbaycan xalqının folklor nümunələrinə aiddir”.
Ə. Qarayevin sözlərinə görə, aşkar olunmuş bu fakt onu göstərir ki, ermənilər Azərbaycan mədəniyyətinə sovet ittifaqı yeni qurulan vaxtlardan təcavüz etməyə başlayıb, ittifaqın o vaxtkı rəhbərliyi isə bunu dəstəkləyib: “Mən bunu erməni siyasətinin ölçülmüş strategiyası hesab edirəm. Bu, ermənilər tərəfdən Azərbaycan mədəniyyətinə atılmış bir atəşdir. Bu mövzu bizi ciddi şəkildə narahat etməlidir, bununla bağlı həyəcan təbili çalınmalıdır. Biz sübut etməliyik ki, bu nümunələr Azərbaycan xalqına məxsusdur”.
Nazir onu da qeyd edib ki, “Puşkin evi”ndən gətirilmiş bu 4 saatlıq səs yazıları Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təqdim olunacaq, üzərində müxtəlif tədqiqat işləri aparılacaq, eyni zamanda bu barədə film çəkiləcək.
Konfransda Azərbaycana gətirilən səs yazılarından qısa parçalar mətbuat işçilərinə təqdim olunub.
Xəyalə MURADLI

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11