Müəllif Hüquqları Agentliyindən nota
Xudayat Həsənli: “Ya musiqinin Üzeyir bəyə məxsus olması yazılsın, ya da animasiya filmi tamamilə göstərilməsin”
Rusiyanın “Detskiy mir” kanalında nümayiş olunan “Pişik və it” (“Kot i sobaka”) animasiya filmində dahi Üzeyir Hacıbəyovun musiqisinin erməni bəstəkarının adı ilə təqdim olunması məsələsi Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən araşdırılıb.
Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin Lent.az-a verdiyi məlumata görə, araşdırma nəticəsində adı çəkilən animasiya filmində səslənən musiqinin Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasından götürüldüyü təsdiqlənib: “Həqiqətən də orada Məşədi İbadın ifasında səslənən o məşhur musiqidən istifadə olunub. Özü də bu musiqi 1915-ci ildə çəkilən filmin ilk versiyasından oğurlanıb. Məxsusi qeyd etmək istəyirəm ki, o mahnı özü də qədim xalq musiqimiz olan “Mirzəyi” əsasında yazılıb. Araşdırmalarımız başa çatıb, artıq lazımi sənədləri toplayırıq”.
Şöbə müdiri onu da qeyd edib ki, “Pişik və it” animasiya filminin istehsal tarixinin müxtəlif illərə məxsus olmasının özü də müəmmalıdır: “Ən maraqlı və şübhə doğuran məqamlardan biri də odur ki, ayrı-ayrı mənbələrdə müxtəlif illər göstərilir. Bir yerdə bu animasiya filminin 1938-ci ildə, digərində 1955-ci ildə istehsal olunduğu deyilir. Birinci versiyada bəstəkarın Bərxudaryan, ikincidə isə Xaçaturyan olduğu yazılıb. Bu anlaşılmazlığın, qeyri-dəqiqliyin özü də iz itirmək məqsədilə ermənilərin hazırladığı bir quramadır. Əslində bu film 1970-ci illərdə istehsal olunub”.
Bütün sənədlər toplanıldıqdan sonra Müəllif Hüquqları Agentliyi məsələ ilə əlaqədar Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və Rusiyanın “Detskiy Mir” kanalına rəsmi məktub göndərəcək. Məktubda həmin musiqinin Azərbaycan folkloruna məxsus olması vurğulanacaq: “Biz məktubla yanaşı “O olmasın, bu olsun” filminin bir nüsxəsini də fakt olaraq göndərmək fikrindəyik. Eyni zamanda kanal rəhbərliyi qarşısında iki tələb irəli sürəcəyik. Ya musiqinin Üzeyir bəyə məxsus olması yazılsın, ya da animasiya filmi tamamilə göstərilməsin”.
Xəyalə MURADLI

800