İlqar Fəhmi: “Az maaş alan aktyor tamadalıq edir”
Lent.az-ın məlumatına görə , ölkənin elm, teatr xadimləri, xalq artistləri, yazıçılar keçirilən festivalı dəstəkləyərək, gənclərə tövsiyələrini veriblər.
Bu dəfə isə şair, yazıçı, tərcüməçi İlqar Fəhmi gənclərin teatra cəlb olunmasında, teatral aləmin canlandırılmasında festivalın xüsusi rolu olduğunu deyib. Digər müsahiblərdən fərqli olaraq İlqar Fəhmi yaşlı və orta nəsil insanların kitaba və teatra marağının artdığını söyləyib: “Son dövrlər siz dediyiniz kimi yaşlı və orta nəsil sənətkarlar gənc nəsli ittiham edirlər: Ay gənclik kitab oxumur, gənc nəsil teatra getmir və sair. 50 il əvvəl də yaşlı nəsil gənc nəsli ittiham edirdi, bu gün də elədir, sabah da bu proses gedəcək. Sadəcə fərqlər var. Sovet dönəmində yalnız gəncliyin tələbatına uyğun və gəncliyə xidmət edən ayrıca qurumlar-nəşriyyatlar, teatrlar vardı. Amma indi bu fərq hiss olunmur. Hansı ki, müəyyən qurumlar olmalıdır ki, orda sırf gəncliyin nəbzi vursun, gəncliyin nəfəsi duyulsun. Mən hesab edirəm ki, bunu üçün teatrlarda gəncliyi nəzərə alaraq repertuar siyasəti aparılmalıdır. Bax bu saat gənc onun üçün səhnələşdirilmiş hansı tamaşaya gedib baxsın? Məhz onlar üçün hazırlanmış tamaşalar yoxdur. Elə nəşriyyatlar da belədir. Əvvəllər “Gənclik” nəşriyyatı vardı ki, sırf gəncliyə xidmət edirdi. İndi aləm qarışıb bir-birinə. Mən hesab edirəm ki, çoxlu sayda teatr layihələri, festivallar həyata keçirilməlidir. Bu mənada Gənclərin II Ümumrespublika Teatr Festivalını alqışlayıram və dəstəkləyirəm. Belə festivallara gəncliyin çox böyük ehtiyacı var. Gənclərin teatra marağını artırmaq, onları sənətə həvəsləndirmək, ruhlandırmaq lazımdır”.
İlqar Fəhmi gənclər arasında aktyor, dramaturq, rejissor nəslinin yetişməsi məsələsində yaranan durğunluqdan da danışıb: “Belə hallar yaşanır, məsələn aktyor, yaxud dramaturq baxıb görəndə ki, bu sahələr gəlir gətirmir, istər-istəməz qırağa qaçır. Daha gəlir gətirən sahələrdə dolanışıq axtarışına çıxır. Əgər aktyor 200 manat məvacib alırsa, o seriallar arxasınca qaçacaq. Ya tamadalıq edir, ya serialda çəkilir, ya da şou-proqramlara qatılır. Əslində dramaturqiya aktyoru 10 ilə yetişir. Amma istədiyi maddi təminata malik olmayınca, məcburiyyət qarşısında digər yerlərə üz tutur, əvəzində teatr onu itirir. Tutalım opera müğənnisi gedib toyda oxuyur, belə deyək də “ucuz” işlə məşğul olur. Hansı ki, o sənətinin ardınca gedib, çalışıb Opera Teatrının gözəl bir Leylisi, Məcnunu ola bilərdi”.

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16