“Yeni Azərbaycan”dan Rüstəm İbrahimbəyovla bağlı sərt yazı
Qədim Alban mədəniyyəti, London simfonik orkestri və Qəbələ
Qəbələdə keçirilən musiqi festivalı başa çatdı. Təəssüf ki, mən orada iştirak edə bilmədim. Ancaq hey düşünürdüm ki, Böyük Qafqazın yamacında belə möhtəşəm konsertlərdən, heç olmasa, birinə qulaq asmaq nə gözəl olardı. Bu arzum baş tutmasa da, bizim televiziyaların, xüsusilə də, “Mədəniyyət” kanalının sayəsində, demək olar ki, bu möhtəşəm musiqi bayramının hər dəqiqəsini izlədim. İstər-istəməz ötən əsrin sonlarında SSRİ-nin qüdrətli Müdafiə Nazirliyi ilə bir qrup azərbaycanlı tarixçi arasında Azərbaycanın ən yeni tarixinə görünməmiş qarşıdurma faktı kimi daxil olmuş hadisəni xatırladım.
Azərbaycan xalqına münasibətdə tamamilə bəd niyyətlə nəzərdə tutulmuş Qəbələ radiolokasiya stansiyasının tikintisi barədə qərar qəbul edilən zaman bu tikintinin məhz qədim Qəbələ şəhərinin yerləşdiyi ərazidə aparılması nəzərdə tutulmuşdu. Yalnız tərəddüd etmədən milli tariximizin müdafiəsinə qalxan Heydər Əliyevin siyasi cəsarəti sayəsində stansiyanın yerini dəyişmək və həmin yerdə isə Qafqaz Albaniyasının tarixi haqqında bizə qiymətsiz məlumatlar bəxş edəcək geniş miqyaslı arxeoloji qazıntılara başlamaq mümkün oldu.
O dövrdə kimsə təsəvvür edə bilməzdi ki, bir gün gələcək və Qəbələdə bizim musiqiçilər ilə birlikdə London simfonik orkestri konsert verəcək, ətrafdakı dağlar vokalistlərin və musiqi alətlərinin əsrarəngiz səsini dinləyəcəkdir. “Euronews” kanalında bu festivalın reklamı gedən zaman bir daha düşündüm ki, nəhayət, müstəqil Azərbaycanın bu gün dünya mədəniyyət məkanında layiqincə təmsil olunması nə qədər xoşdur. Çox sayda mədəniyyət xadimləri və insanlar bu festivaldan zövq aldılar və bizim ölkəmizin bugünkü mədəniyyəti ilə fəxr etdilər.
Yaradıcılıq ittifaqları yaradıcılığa köklənməyəndə
Lakin bu günlərdə baş vermiş bir hadisə əhval-ruhiyyəmi korladı. Bu kiçik bir şey olsa da, iyrənc idi. Tamamilə normal şəkildə qəbul etmək olar ki, Kino Günü bu il paytaxtın iki meydanında keçirilmişdi. “Nizami” kinoteatrında Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqının üzvləri, eyni zamanda, Kino evi adlanan Hökumət Evinin binasında isə özlərinin dəyişməz rəhbəri Rüstəm İbrahimbəyova sədaqətlərini qoruyub saxlayan kinematoqraflar toplaşmışdı.
Əvvəla, diqqət çəkən məqamlardan biri o oldu ki, İbrahimbəyovun təşkil etdiyi tədbirdə həm Yazıçılar İttifaqının sədri, həm də Rəssamlar İttifaqının sədri iştirak edirdi. Başlanğıcda mən düşündüm ki, bu insanların narahatlığı və onların bu zalda iştirak etməsi tamamilə təbiidir. Çünki uzun müddət idi ki, Yazıçılar İttifaqında, Rəssamlar İttifaqında, Kinematoqrafçılar İttifaqında və Bəstəkarlar İttifaqında mərkəzdənqaçma tendensiyası müşahidə olunurdu ki, bu da az qala, alternativ ittifaqların yaradılmasına gətirib çıxaracaqdı, amma Allaha şükürlər olsun ki, hər şey keçib getdi. Sakitlik məhz Kinematoqrafçılar İttifaqında pozuldu.
Baş verənlər isə digər bütün qalan yaradıcılıq ittifaqları üçün fövqəladə təhlükəli həyəcan kimi göründü. Lakin aydın idi ki, bu hörmətli insanların hamısı cənab İbrahimbəyovun şəxsi xahişi əsasında bu “bayram”a gəlmişdilər. Mən gözəl başa düşürəm ki, onilliklərə söykənən tanışlıq münasibətləri Azərbaycanda yaxşı mənada qəbul edilmiş qaydalara görə belə dəvətləri qəbul etməyi tələb edir.
Baxmayaraq, İbrahimbəyov, sanki, adıçəkilən iştirakçıların orada olması ilə belə bir mesaj göndərirdi: “Görürsünüz, bu elita mənimlədir və mənim arxamdadır”. Doğrusu, bu, mənə, sadəcə, gülünc görünürdü. R.İbrahimbəyovun hər rayonda istedadların forumunu klonlaşdırmaq utopik arzusu kimi gülünc. Təsəvvür edin ki, İbrahimbəyov, tutaq ki, həmin Qəbələdə beynəlxalq musiqi festivalından sonra yerli ziyalılara mədəniyyətin, demokratiyanın və s. inkişafı naminə onların birləşməsinin vacib olduğunu sübut etməyə çalışır? Maraqlıdır, görəsən, o, yerli insanlarla ünsiyyəti hansı dildə qura bilərdi.
Qeyri-tolerantın məqsədli oyunu
Lakin məni təkcə iki “bayram”ın keçirilməsi faktı deyil, həmçinin, sonrakı hadisələr də təəccübləndirdi. Kinematoqrafçıların bir hissəsinin onun iradəsi ilə hesablaşmadığı zaman İbrahimbəyovun necə səbirsiz, tolerantlıqdan uzaq olması məndə dərin heyrət hissi yaratdı. Kino mütəxəssisləri xatırlayırlar ki, bu hadisə İttifaqın tarixində bir dəfə də baş vermişdi. O zaman Rüstəm İbrahimbəyov öz şəxsi ssenarisini ustalıqla oynadı. Hələ SSRİ Kinematoqrafçılar İttifaqının qurultayı keçirilən zaman şəxsi söhbətlərində mərhum, dahi musiqiçini Kinematoqrafçılar İttifaqının yeni sədrinin müəyyən olunması üçün dağıdıcı işdə vasitəçi olmaqda ittiham edir, bu azmış kimi, imkan düşdükcə düşündüyü böhtanı mümkün olan hər kəsin üzərinə atırdı. Nəticədə, o, Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni rəhbərinin SSRİ Kinematoqrafçılar İttifaqının idarə heyətinin tərkibinə seçilməməsinə nail ola bildi. Həmin illərin qaydalarına uyğun olaraq, belə olan halda o, Azərbaycan Kinematoqrafçılar İttifaqının başçısı ola bilməzdi. Və beləliklə, Rüstəm İbrahimbəyov ağ atın belində qalib kimi Azərbaycana sədr olaraq qayıtdı.
Kinorejissor qaydalarını özü müəyyənləşdirdiyi oyunda uduzdu
Lakin bu gün vəziyyət heç də İbrahimbəyovun xeyrinə deyil. Mərkəz yox, Moskva yox, qayıdış mexanizmləri yoxdur. Ağ at da yoxdur. Əvvəllər onun xeyrinə işləyən totalitar sovet təzyiq mexanizmi də yoxdur. Üstəlik, “Nizami” kinoteatrına Rüstəm İbrahimbəyovun rəqibini görməyə Rusiyanın Kinematoqrafçılar İttifaqının sədr müavini təbriklərlə gəldi və cənab İbrahimbəyov haqqında tamamilə qərəzsiz sözlər söylədi. Onun sözləri sadə və müdrik idi. O, sevinirdi ki, Azərbaycan kinematoqrafçıları əvvəllər faktiki fəaliyyət göstərməyən və parçalanmış ittifaqlarının əvəzində yeni ittifaqlarını yaratmaq üçün özlərində güc tapıblar. Həmçinin, qeyd etdi ki, hər şey dəyişdikdən sonra və yeni İttifaq yaradıldıqdan sonra Rusiya kinematoqrafçıları bu ittifaqla əməkdaşlıq etməyə hazır olacaqlar.
Mən burada Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında olan qarşıdurmaya toxunmaq istəmirəm, amma necə deyərlər, əlbəttə ki, od olmayan yerdən tüstü çıxmaz. Sadəcə, bu, bir həqiqətdir ki, heç vaxt ətrafda hamının səhv, yalnız bir tək R.İbrahimbəyovun düz olması mümkün deyil. Məndə belə təəssürat yaranır ki, cənab İbrahimbəyov qaydalarını özü təyin etdiyi oyunu uduzdu. Belə olduqda, heç olmasa, cəsarətli olub öz məğlubiyyətinizi etiraf edin, yaxşı, Allah xatirinə bunu etmirsinizsə, etməyin, kimsə tələb etmir ki, siz yeni yaradılmış İttifaqa da xeyir dua verəsiniz. Amma heç olmasa, sizinlə qalanları mənəvi terrora məruz qoymayın. Özünüzü məhkum etmək istədiyiniz bu siyasi Qolqofa onları da sürükləməyin. Onlar vur-tut adi insanlardır. Siz vaxtilə öz keçmiş şöhrətinizi onlarla bölüşmədiyiniz kimi, indi də onları sizin sürgün taleyinizi bölüşməyə məcbur etməyin. Buna sizin haqqınız yoxdur.
Həqiqi yaradıcılıq həmişə dəstəklənib
Bütün baş verənləri götür-qoy edərkən insanda istər-istəməz belə bir sual yaranır ki, ümumiyyətlə, bu mürəkkəb və çətin illər ərzində yaradıcı ittifaqları dəstəkləmək Azərbaycan hökumətinin nəyinə gərək idi. Axı hamıya məlumdur ki, vaxtilə belə sahəvi ittifaqlar sırf bütün yaradıcı peşə nümayəndələrini daimi itaətdə və nəzarət altında saxlamaq məqsədilə yoldaş Stalinin təşəbbüsü ilə yaradılmışdı. Bununla bərabər, belə ittifaqlar həm də başqa cür düşünən şəxsləri onların peşə yoldaşlarının əli ilə rüsvay etmək üçün yararlı vasitə idi. Həmin dövrdə Sovet hakimiyyəti bundan yetərincə bəhrələndi.
Məlum olduğu kimi, bir vaxtlar, xüsusən də, müstəqilliyimizin ilk illərində bütün bu ittifaqları, adları ləğv etmək və hər şeyi Qərbdə olduğu kimi təşkil etmək barədə çox müraciətlər olmuşdu. Nə “xalq”, nə “əməkdar”, nə ittifaq üzvü: səssiz və sakit yaradıcılıq mühiti. İstəyirsən - rəsm çək, istəyirsən - yaz, istəyirsən - musiqi bəstələ, istəyirsən - kino çək, özün, öz imkanlarına və istedadına güvənərək, hər şeyə nail ol. Dövlət tərəfindən heç bir himayəçilik olmadan.
Lakin elə Qərb də yaradıcı insanların dəstəklənməsinin hər hansı bir formasını hər zaman axtarıb, elə bu gün də axtarır və daim bu istiqamətdə nə isə bir yenilik təklif edir. Onlar Sovet təcrübəsini tədqiq edir və heyran olurdular ki, totalitarizm öz yerində, ancaq Sovet incəsənətinin inkişaf səviyyəsi yüksək təsir bağışlayır.
Berqmana hörmət, Jeyms Bonda mükafat
Bütün zamanlarda və bütün xalqların siyasətçiləri kütləvi auditoriya üçün nəzərdə tutulmuş mahnıları deyil, klassik musiqi yazan, elit və intellektual kino çəkən, bədii rəssamlıq əsərləri və şahanə ədəbiyyat yaradan zərif intellektual təbəqənin ölkə üçün qorunub saxlanmasını yaxşı dərk ediblər. Əbəs yerə deyil ki, Qərbdə, hətta tutaq ki, bəstəkar peşəsi və mahnı müəllifi bölgüsü, kütləvi mədəniyyət və elitar mədəniyyət anlayışı var. Kütlələrə Berqmanov kinosu deyil, Jeyms Bond lazımdır. Buna görə də, Berqmana - hörmət və ehtiram, döyüş filmlərinin yaradıcılarına isə - pul və Oskar mükafatı verilir. Ancaq qeyd etmək lazımdır ki, bu ən müxtəlif Berqmanlar heç bir ölkədə öz siyasətçilərinə dövləti necə idarə etməyi öyrətmirlər.
Bu gün Azərbaycan hökumətinə nə ideoloji “işgörənlər”, nə də yazıçılar və bəstəkarların ideoloji itaəti lazımdır. Lakin biz yaradıcı elitanın zəruri dəstəyini yaxşı başa düşərək yaradıcılıq ittifaqlarının bu formasını qoruyub saxlamışıq. Bu, bizim Ümummilli liderimizin müdrikliyinin daha bir təzahürü idi. O, yaxşı başa düşürdü ki, ola bilsin, yaradıcı insanlar üçün yeni formada dəstəklər lazımdır, lakin bunun üçün bizim artıq malik olduğumuz ənənəvi formanı dağıtmaq zəruri deyildi. Nəticədə hansısa mənada bu ittifaqlar gənc yaradıcıları dəstəkləyən mədəni həyatda və s. sahədə fəal iştirak edən həmfikirlərin və həmrəylərin ittifaqına çevrildi. Onun üçün yazıçı, rəssam, bəstəkar və kinematoqraflar kimi yaradıcı peşə sahiblərinin bugünkü Azərbaycanda böyük hörmət sahibi olduqlarını nümayiş etdirmək həddən artıq lazım idi.
Ancaq bu, kimin üçünsə az görünürdü. Kimsə öz vicdanı ilə, əzabları və hər şeyi ilə Azərbaycan xalqının fikirlərinə hakim olmaq istəyirdi. Diqqət yetirin ki, nə az, nə də çox bütün xalqın. Azərbaycan xalqı nə vaxt belələrinə onun əvəzinə “ağrımaq” səlahiyyəti verib, məlum deyil.
Amerikalı alim Normann Kazens müasir cəmiyyəti nəhəng, mürəkkəb orqanizm, böyük bədəni və ləng sosial beyini olan dinozavra bənzətmişdir. Bununla o, demək istəmişdir ki, müasir sivilizasiyanın əksər çatışmazlıqları iqtisadi, maddi - texniki məsələlərə böyük diqqət ayıraraq sosial düşüncənin inkişafını yaddan çıxarmaqla əlaqədardır.
Bu gün alimlər belə hesab edir ki, müasir böhranlar müəyyən mənada
insanların şüurunun və idrakının bəşəriyyətin dərin inkişaf tendensiyalarından ümumbəşəri miqyasda geri qalmasından irəli gəlir. Bunun təsdiqi olaraq demək istəyirəm ki, marksizm-leninizmin, postmodernizmin və hansısa dağınıq, tamamilə meşşan dəyərləndirmələrin və metodların kokteylinin bir çox insanın ağlına hakim kəsilməsi uzun illər ictimai prosesləri tədqiq edən bir insan kimi məni həmişə heyrətə gətirir.
Yaradıcı enerjinin tətbiqi sahəsi siyasi məkan deyil, mədəniyyət məkanıdır
Cənab İbrahimbəyov Kinematoqrafçılar İttifaqı haqqında elə danışır ki, sanki, bu, bir ideoloji təşkilatdır. Jurnalistlərimiz ziyalılıq haqqında elə danışırlar ki, sanki, bu substansiya, Allah qorusun, müxtəlif hökumət strukturlarının fəaliyyətini, ölkənin siyasi kursunu və ümumiyyətlə, dünyada nə olur-olsun, hamısına qiymət vermək hüququ olan ali bir məqamdır.
Gəlin, sadə bir həqiqəti aydınlaşdıraq: yaradıcılıq və özünü ifadə azadlığı dövlətlə qarşıdurmada gerçəkləşməməlidir. Hökumətə, hətta təsəvvürünüz belə olmayan bir şeyi, yəni, dövləti necə idarə etməyi öyrətməyin. Yalnız Lenin belə hesab edirdi ki, istənilən evdar qadın belə dövləti idarə edə bilər. Zəhmət olmasa, qüvvələriniz üçün tətbiq sahəsini siyasi məkandan kənarda axtarın. Və gəlin unutmayaq ki, dövlət hər şeydən əvvəl zor aparatıdır və bu zor həyata keçirilməzsə, bizim bütün həyatımız tam bir dəhşətə çevrilər. Və sadə əlifba həqiqəti kimi onu da qəbul edək ki, hər hansı dağınıq fərdlər, yaxud özünə forum deyən, palata və ya ittifaq deyən bir dəstə müasir dövlətlə qarşıdurmaya qadir deyil.
Tərbiyəçi, öyüdverən tonuma görə üzr istəyirəm, amma dövlətin əlində nəhəng zor aparatı mövcuddur və dövləti peşəkar siyasi sinif idarə edir. Və bu siyasi sinif bugünkü Azərbaycanda özünə ziyalı forumu deyən, ali hakim statusunu özünə şamil etməyə çalışan şəxslərlə hesablaşmaq məcburiyyətində deyil.
Sözün düzü, burada adamın könlündən meyxanaçılarımızın dediyi məşhur “Tı kto takoy?” sualını vermək keçir. “Ancaq sən kimsən və özünü nə hesab edirsən?” əlavəsi ilə. Bütün bu forum deyilən qurama qurumlar, əslində, özlərindən başqa heç kəsi təmsil etmirlər.
Ən yaxşı halda bunlar bürokratlarla münasibətlərini aydınlaşdıran sui-qəsdçilərin bir qrupudur. Mahir reneqat Namazovun və İbrahimbəyovun bu alyansının siyasi təsiri və siyasi potensialı heç cüzi də deyil, sadəcə, sıfıra bərabərdir.
Bu, başqa məsələdir ki, onlar üçün, eynilə transmilli korporasiyaların maliyyə dəstəyi altında KİV vasitəsilə ölkəmizə qara yaxanlar kimi, zəif dövlətlə iş görmək daha sərfəlidir. Məhz buna görə, onlar bu gün nostalji hissi ilə 90-cı illərin əvvəllərində hökm sürən baş gicəldən xaosu xatırlayırlar.
R.İbrahimbəyov uzaqlarda olanda Azərbaycan xalqı Heydər Əliyevin yanında idi
Biz həddindən artıq mürəkkəb geosiyasi mövqedə yerləşən və çox kiçik manevr məkanında hərəkət etmək məcburiyyətində olan bir dövlət kimi vaxtında özümüzdə müqavimət göstərmək, yaşamaq, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizə aparmaq üçün güc tapdıq.
Ölkəmiz özünün ən pis dövrlərini yaşadığı 1993-cü ilin əvvəllərində Siz, cənab İbrahimbəyov, bizdən uzaqlarda idiniz. Bütün Azərbaycan xalqı isə Heydər Əliyevin yanında idi. Böyük səylər və fədakar zəhmət nəticəsində qurulan milli dövlət Sizin arzularınızın və təşəbbüslərinizin qurbanına çevrilmək üçün yaradılmamışdır. Yenidənqurma, məxməri inqilab, elitanın dəyişilməsini istəyən hər kəsə bir şeyi demək istəyirəm: cənablar, bu, minalanmış sahədir və siz burada öz həyatınızı riskə atırsınız. Bu nə hədə-qorxu, nə də xəbərdarlıqdır. Sadəcə olaraq dövlət öz mənafeyini müdafiə etmək üçün etməli olduğunu etməlidir. Hökumət iflici baş tutmayacaq. Heç xəyal da qurmayın.
Əvvəlcədən əminəm ki, mənim bu eşidilmək cəhdim də uğursuzluğa düçar olacaqdır, lakin buna baxmayaraq, gəlin, yenə də hər şeyi yerbəyer edək. XX əsrdə ziyalıların inqilaba meyilli qismi iki dəfə - 1917-ci və 1991-ci illərdə - qurunun altıda bir hissəsini sivil vəziyyətdən olmasa belə, yarımsivil vəziyyətdən mütləq barbar vəziyyətinə gətirib çıxarmışdı. Rusiya ziyalılarının mütləqiyyətlə mübarizənin zəruriliyi haqında gözəl şüarları bolşevikləri hakimiyyətə daşımaqla Oktyabr çevrilişinə gətirib çıxardı. Lakin göstərilən fəaliyyətin istənilən nəticəsinə görə məsuliyyət daşınmalıdır. Ziyalıların inqilaba susamış qismi 1917-ci, dissidentləşmiş ziyalılar isə - 1991-ci ildə məsuliyyətdən yayındı. Nəticədə hər zaman, bütün tarixi kataklizmlərdə, bütün inqilablarda olanlar baş verdi.
“Ziyalı olmaq nəyimə gərəkdir, mənim peşəm var”
Əsas mövzumuza qayıdaraq demək istəyirəm ki, cənab İbrahimbəyovun biabırçılığına fəal surətdə reaksiya verməyin lazım olmadığından əmin olsam belə, mən yenə də jurnalistlər qismindən olan könüllülər tərəfindən vicdanla işlənib hazırlanmış situasiyadan çıxış ssenarilərini hamısını öyrənmək qərarına gəldim.
Eynulla Fətullayevin ssenarisi: “Onun Kino evini, imtiyazlarını, statusunu və ordenlərini qaytarın ki, o, yenidən özünə qayıtsın”. Əslinə baxanda Fətullayev İbrahimbəyovun “Mən siyasətlə məşğul olmuram, mən yalnız yaradıcılıqla məşğulam” manifestindən siyasi bərbəzəyə batmasına qədər transformasiya yolunu dərk etməyə çalışır. Eyni zamanda, o, əmindir ki, Heydər Əliyevin apardığı kursdan fərqli olaraq, hal-hazırda biz şıltaq kinorejissorla dilxoşluq etməyə sadəcə olaraq ərincəklik edirik. Orada, həmçinin, hansısa mənəvi və etik ölçü haqqında, ziyalılar və intellektuallar olmadan ictimaiyyətin özünə yol açmasının mümkünsüzlüyü və s. haqqında çox sayda müxtəlif sözlər deyilib.
Yalnız bir şey deyəcəyəm. İbrahimbəyova qaytarılası heç bir şey yoxdur. Heç kim onun nə statusunu, nə ordenini və s. əlindən almayıb. O özü ona məxsus olmayan şeyi almaq istəyirdi. Vermədilər. Düz də etdilər. Ziyalılar haqqında isə yalnız onu deyim ki, bir gün Lev Qumilyovdan özünü ziyalı sayıb-saymadığını soruşurlar. Cavabı çox sadə olub: “Ziyalı olmaq mənim nəyimə gərəkdir? Mənim peşəm var”. Ölkəni modernləşdirmək üçün bizə peşəkar intellektuallar gərəkdir. Gəlin, onları ziyalılarla qarışdırmayaq. Bu yerdə hər bir azərbaycanlı istər-istəməz Üzeyir Hacıbəyovu xatırlamaq istəyir: “Ziyalısan, amma dava edirsən”.
Mənə elə gəlir ki, Arif Əliyevin “Ziyalı - dərman deyil, sadəcə olaraq xalqın ağrı indikatorudur” ssenarisinə mən artıq yetərincə cavab verdim.
Əkbər Həsənovun ssenarisi ilə əlaqədar bir şey demək istəyirəm: o, dayanmağı və dialoqa başlamağı təklif edir. Maraqlı fikirdir. Lakin dialoq üçün iki tərəf, iki nöqteyi-nəzər və müzakirə nəticəsində müəyyən kompromis əldə edilə biləcəyinə ümid olmalıdır. Bizdə isə kakofoniyadan başqa heç nə alınmayacaq.
Rauf Mirqədirovun ssenarisi faktiki olaraq “Yeni Azərbaycan” qəzetindəki məqalə ilə bağlıdır. İbrahimbəyovun Bəstəkarlar İttifaqında nəyi sayıb qurtara bilmədikləri haqqında məqaləyə kəskin reaksiyasını nəzərə alaraq demək istəyirəm ki, həmin məqalə heç də hansısa jurnalist araşdırması nəticəsində meydana gəlməmişdir. Həqiqət ondan ibarətdir ki, bütün bu faktlar cənab İbrahimbəyovun yaxın ətrafından olanlardan bizim əməkdaşımıza ötürülmüşdü. Çox yaxşı material olduğuna görə redaksiya onu dərc etmək “nəfsi”ndən özünü saxlaya bilmədi. Batan gəmidən qaçan məxluqlar barədə danışmaq istəmirəm. İbrahimbəyovun ləyaqətli kapitan olaraq gəmini ən son tərk edəcəyindən əminəm.
Tarixi vətən, azərbaycanlı identikliyi və Rüstəm İbrahimbəyov
Sonda onu demək istərdim ki: bu qloballaşdırma çox qəribə şeydir. O, hər şeyi dəyişir. Yekun nəticədə isə əminəm ki, müasir insan, istər ümumilikdə, istərsə də bütövlükdə, əvvəlki vaxtlara nisbətən daha yaxşı və daha humanist olur. Lakin özünü dünyanın hansı ölkəsinin vətəndaşı hiss etməsindən asılı olmayaraq, o heç zaman özünün “Tarixi Vətən”ini unutmamalıdır.
“Tarixi Vətən” termini dedikdə mən insanın aid olduğu xalqın ənənəvi mədəniyyətini, onun adətlərini, inanclarını, ənənələrini başa düşürəm. Bu mədəniyyəti itirmək qloballaşma şəraitində özünü itirmək təhlükəsini şərtləndirir.
Məlumdur ki, hər bir xalq hər yeni nəsildə dil və mədəniyyət səviyyəsində özünü hər dəfə yenidən yaradır. Bizim seçimlərimiz və istəklərimiz, estetik və etik təsəvvürlərimiz və bəzən çətinliklə təhlil edilə biləcək digər çox sayda başqa keyfiyyətlərimiz xalqın mentaliteti adlanan o gözəl anlayışı təşkil edir. Milli identikliyin itirilməsi və ya qorunub saxlanması məsələsi məhz qloballaşma dövründə daha kəskin surətdə meydana çıxır.
Hal-hazırda məhz identiklik problemi müxtəlif nöqteyi-nəzərdən və müxtəlif elmlər tərəfindən müxtəlif cür izah edilir. Burada həm filosoflar, həm psixoloqlar, hətta fizioloqlar üçün geniş fəaliyyət sahəsi vardır. Psixomatik vəziyyət kimi identiklik bizə yalnız kim olduğumuzu, haradan gəldiyimizi, nə istədiyimizi və haraya getdiyimizi demir, həmçinin, bizə yeni günə əminlik hissini, öz xalqına görə qürur hissini və bir şəxsiyyət kimi özünəhörmət hissini qoruyub saxlamağa kömək edir. Belə olan şəraitdə özünün kökləri ilə qırılmaz şəkildə bağlı olduğunu dərk etməyən, öz nəslini, mahnılarını, adətlərini, xasiyyətlərini, mədəniyyətini, dilini unutmuş insanlar istər-istəməz qloballaşma prosesində intensiv degenerasiyaya məruz qalırlar. Onlar çox rahat mənzillərdə yaşaya, şəhvətpərəst musiqi dinləyə, sevimli vizual sənət növlərindən zövq ala bilərlər, lakin bu onları heç vaxt yüksək məqsədlərə qulluq etməyə vadar etməyəcək.
Bir dəfə müsahibələrinin birində cənab İbrahimbəyov əgər bu gün ona seçim haqqı verilsəydi, o, yalnız rus dilində yazıb-yaradardı mövzusunda hərarətlə danışmışdı.
Çox gözəl. Axı məhz qloballaşma dövründə hər birimizə özümüzü bu və ya digər mədəniyyətlə, bu və ya digər xalqla, bu və ya digər dəyərlər sistemi ilə tam eyniləşdirmək hüququ verilir. İbrahimbəyov öz seçimini etdi. Məhz buna görə, o, özününkülərin arasında özgədir. Gəlin, bunu unutmayaq.
Hikmət Babaoğlu

2146