“Dolu” bizi doldurdu - RESENZİYA
Əgər sən yeni çəkilmiş Azərbaycan filmini Mel Gibsonun çəkdiyi “Cəsur ürək”lə müqayisə etmək üçün kinoteatra gedirsənsə, əlbəttə ki, sonda istehza ilə üstünlüyü Hollivud mənsubuna verib, evə qayıdacaqsan.
Amma bir balaca ədalətli olsan və ağıl işlədə bilsən, kinoteatra başlanğıc üçün ən azı yeni çəkilmiş filmi son illər çəkilmiş digər Azərbaycan filmləri ilə müqayisə etməyə gedəcəksən. Şəxsən mən Aqil Abbasın eyni adlı romanı əsasında çəkilmiş “Dolu” filminə daha çox mövzuya, hətta aktyor oyununa görə yox, əsasən operator və rejissor işini müşahidə etməyə getmişdim. Bilmək istəyirdim görüm bu filmdə də Azərbaycan kinematoqrafının kamerası ənənəvi olaraq daha çox ümumi görüntülərin arxasınca düşərək öz işini bitmiş hesab edib, yoxsa yaxından-təkcə aktyorların istedadını yox, həm də ən azı xəyalında götürüb divardan asa biləcəyin konkret tablolar da yarada bilib.
Nə isə, getdik, oturduq baxdıq. Filmin elə ilk kadrlarından hiss etdim ki, deyəsən yaxşı mənada fərqli bir nümunə ilə rastlaşmışam. Düzdü, müharibə gedən bölgə, bombalanan şəhər, partlayışlar, insan tələfatı, müxtəlif yaşlı insanlara məxsus pərakəndə çığırtılar mənə orijinalda daha yaxındır. Yəni heç bir film gördüklərimi və yaşadıqlarımı olduğu kimi hiss etdirə bilməz mənə. Amma ekranda seyr etdiyim “Dolu” filmi bizim həyatımızın müharibə adlanan dövrünün orijinalına çox yaxın idi. Cəmi bir neçə epizodu seyr etmək kifayət elədi ki, Aqil Abbasın romanı yazarkən kompüter ekranında yaratdığı əsəri rejissor Elxan Cəfərovun böyük ekrana pis daşımadığını anlayım.
Sözsüz ki, filmdə hansısa aktyorun üz cizgilərində, ümumiyyətlə, ifasında film boyu qısamüddətli pafos və ya ifadəsizlik tapmaq olardı. Deyək ki, qəhrəmanlardan biri həddən artıq zəhmli, digəri isə sadəcə qayğılı görünmək istəyərkən süniliyə yol verirdilər. Amma bunlar ümumən rejissor işini və filmin digər üstünlükləri içərisində tezliklə əriyib gedən qüsurlar idi. Mən, ümumiyyətlə, hansısa aktyoru qınamazdan əvvəl özümdən soruşuram: axı sən ona heç olmasa ildə bir filmə çəkilmək imkanı yaratdınmı ki, indi tələblərində belə maksimalist olmağa çalışırsan?! Cavab aydındı əlbəttə.
Nə isə. Konkret adlara varıb mütəxəssislik etmək istəmirəm. Çünki mən yalnız düşündüyünü ifadə edə bilən bir tamaşaçı kimi bu yazıdayam. Və əminliklə deyirəm ki, müharibəyə aid baxdığım digər Azərbaycan filmləri ilə müqayisədə “Dolu” daha dolğundur. Düzdü dolunun belə alınmasında ondan əvvəlki filmlərin rolu az olmayıb əlbəttə. Ən azı o baxımdan ki, rejissor Elxan Cəfərov instinktiv olaraq onlardan yaxşı film yaratmağa çalışacaqdı. Necə ki, yazıçı Aqil Abbasın romanı müharibə mövzusunda yazılmış daha maraqlı roman sayılırdı.
Yeri gəlmişkən, bir dəfə premyerasına baxdığım tarixi filmdən çıxandan sonra yol boyu yalnız bir şeyi düşünürdüm. Dövlət hansısa filmin çəkilişinə pul ayırmayanda qınayırlar. Maraqlıdır, bəs bu qədər pulu batırıb ortaya tarixdə qalacaq bir film qoymayan rejissorun cəzası nə olmalıdır?
Nə isə, bu bir haşiyə idi. Mətləbdən uzaqlaşmayaraq deyim ki, “Dolu” filmi çəkilişdə istifadə olunan texnika, silah sursat, kütləvi səhnələr baxımından çox cəlbedicidir. Hətta filmə baxdıqca düşünürdüm ki, bu qədər işə xeyli pul lazım olmalı idi. Amma sonra öyrəndim ki, bu zənginliyin yaranmasında bəzən Aqil Abbas öz şəxsi əlaqələrindən istifadə etməli olub. Olsun. Lap yaxşı. Bir də ki, nə fərqi var nəyi necə alındırırsan, əsas odur ki, alınıb. Alındır ki, biletini alıb filminə baxanlar da çıxanda öz kiçik xərclərinə təəssüflənməkdənsə, sənin böyük zəhmətinə əhsən desinlər... Necə ki, “Dolu” qurtarandan sonra çölə bayıra çıxan hər kəs, “Nizami” kinoteatrının qarşısında Aqil Abbası, Elxan Cəfərovu və ya yaradıcı heyətin hər hansı bir üzvünü axtarırdı ki, təşəkkürünü bildirsin...
Bir sözlə, film xoşuma gəldi. Başlamazdan əvvəl, yəni təqdimat zamanı Aqil Abbas demişdi ki, əslində film heç kimin yox, ilk əvvəl rejissorundu. Film başa çatandan sonra yerimdən qalxanda hiss etdim ki, ümumən Aqil Abbas düz deyib, amma bir balaca əlavəsi çatışmır o fikrin: bu film həm də tamaşaçınındı. Yəni mənim. Anladım ki, bir az əvvəl övladlarımızı həvəslə gətirib seyr etdirməli ekran əsərinə tamaşa etmişəm...
Vaxt ayırıb bu yazını oxuyanlar! Məncə, siz də yığışın gedin o filmə baxın. Əminəm ki, “Dolu” həm də sizinki olacaq...
Filmdən sonra “Nizami” kinoteatrının qarşısında rejissor Elxan Cəfərova və Aqil Abbasa mən də yaxınlaşıb təşəkkür etdim. İmkanım olsaydı bu filmdə əməyi olan hər kəsə bir-bir yaxınlaşıb minnətdarlıq edərdim. Amma olmadı.
Ola bilsin ki, kimlərsə bu kiçik yazını oxuyub mənim “Dolu”nu həddən artıq təriflədiyimi, şişirtdiyimi də düşünəcək. Və bəlkə də bu düşüncəsində kimlərsə haqlı olacaq. Əslinə oxuduğum kitab və ya baxdığım film haqqında yazmaq mənə heç vaxt maraqlı olmayıb. Sadəcə, “Dolu” haqqında yazmağın konkret səbəbi oldu. Həmin gün doğrudan da “Dolu” bizi doldurdu...
Peyman Elçi

2857