Həm böyüklərin, həm uşaqların sevimli əyləncə məkanı, nağıllar dünyası olan Disneylendin öz sərt qayda-qanunları var. Kaliforniyada fəaliyyət göstərən Disneylendin 23 000 əməkdaşı var və onlar hamısı eyni qanunlara tabedilər.
1. Disneylend əməkdaşları əsla dırnaq saxlaya və dırnaq boyasından istifadə edə bilməzlər.
2. Disneylenddə şahzadə olmaq istəyənlərin boyu mütləq 163-172 santimetr civarında olmalıdır. Boyları kiçik olan qəhrəmanları oynayanlar 150 santimetrdən yüksək ola bilməzlər.
3.Saç düzümlərinə dair də xüsusi qadağalar var, saçlar müasir rəngləmə üsullarından kənar qalmalı, eyni tonda olmalı, hörülməlidir.
5. Kimliyindən asılı olmayaraq, hər kəs öz tökdüyünü yığışdırmalıdır. Disneylenddə küçəni süpürən şahzadə qıza tez-tez rast gəlmək olar.
6. Hər bir aktyor öz personajına uyğun imza atmağı bacarmalıdır. Bunun üçün onlar xüsusi kurslar keçirlər.
7. Disneylenddə “mən bilmirəm” kəlməsini işlətmək olmaz. Aktyolar öz qəhrəmanlarının xarakteri, qohumluq əlaqələri, arzu və istəkləri barədə bütün suallara cavab tapmalıdırlar.
8. Burda işləyən hər kəs özünü gümrah və gülərüzlü aparmalıdır. Gələn qonaqlar özlərini nağıllar dünyasında hiss etməlidirlər.
9. Baş qəhrəmanların sosial şəbəkədə görünməsinə icazə yoxdur.
10. Burda çalışanlar üçün Disneylenddən kənar dünya mövcud deyil. Yəni parka qonaq gələnlər aktyorlara kompüterlər, avtomobillər, elektrik və s. barədə soruşsalar, onlar bunu ilk dəfə eşidirmiş kimi böyük həyəcan və maraqla qulaq asır, heyrətlənirlər.
Disneylendə 3 yaşına qədər uşaqlar üçün bilet pulsuzdur. Adi günlərdə burda ən ucuz bilet qiymətləri 90-150 dollar arasında dəyişir. (Söhbət Kaliforniyadaki Disneylenddən gedir). Dünyanın bir çox ölkələrində Disneylend parkları var. Ən məşhurları Hollivudda, Parisdə və Pekindədir.