Başda Tac Mahal -  Yeni saç düzümü trendləri
23 oktyabr 2021 23:19 (UTC +04:00)

Başda Tac Mahal - Yeni saç düzümü trendləri

Hindistanda bərbər salonlarından birində müştəriləri cəlb etməyin yolunu tapıblar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, salon ustaları müştərilərin başında təsvirlər və bütöv şəkilləri kəsirlər.

Ən məşhurları arasında Tac Mahal, Maykl Ceksonun portreti və Disney qəhrəmanları var.

Saç düzümləri üzərində iki qardaş - Qurvinder və Racvinder işləyir.

“Mən Maykl Ceksonun ehtiraslı bir pərəstişkarıyam və çox uzun müddət belə bir saç kesimi etmək imkanını gözləyirdim. Bu gün mənim istəyim, nəhayət baş tutdu və inanılmaz xoşbəxtəm”, - salonun müştərilərindən biri deyib.

Qardaşlar deyiblər ki, onlar əsasən ümumi xətləri kəsirlər, incə xətləri isə xüsusi qələmlə çəkirlər.

Əsasən, bir saç kəsimi üzərində işləmək, mürəkkəbliyindən asılı olaraq, bir saatdan dörd saata qədər davam edir.

Ustalar Kriştiano Ronaldo, Bollivud aktyorları və kriket oyunçularının təsvirlərini çəkdiklərini qeyd ediblər.

Belə saç kəsiminin qiyməti 20-30 dollardır
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar