Yalçın Rzazadə tələbəsinin gözünü yolda qoydu - <span style="color:red;">VİDEO
30 sentyabr 2015 18:10 (UTC +04:00)

Yalçın Rzazadə tələbəsinin gözünü yolda qoydu - VİDEO

Xalq artisti Yalçın Rzazadə tələbəsi Safa Eldaroğlunu şou-biznesə gətirib. Lent.az-ın məlumatına görə, xalq artistinin tələbəsi bu gün paytaxt məkanlarının birində “Nağıl kimi” adlı mahnısına çəkilmiş klipi ilə bağlı mətbuat konfransı keçirib. Lakin xalq artisti müəyyən səbəblərdən tədbirə qatılmayıb: “Çoxları bilir ki, mən xalq artisti Yalçın Rzazadənin tələbəsiyəm. Bu sənətdə özümə örnək yalnız onu bilirəm. Amma bu gün tədbirə qatılmadı. Qismətsə, növbəti tədbirlərimdə yanımda olar. Yeni klipim Antalyada çəkilib. Düşünürəm ki, şou-biznesdə belə səviyyəli kliplər azdır. Bu sənətə gəldiyim gündən qarşıma bir məqsəd qoymuşam ki, qalmaqalsız irəliləyim".

 

Xatırladaq ki, tədbirdə müğənnilər Coşqun Viləş,  Vüqar Muradov, prodüser Təranə Səmədova da iştirak edib.

Klipin rejissoru Elmir Süleymanovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar