Xatun ağlayaraq Könül Kərimovayla barışdı
27 noyabr 2015 13:51 (UTC +04:00)

Xatun ağlayaraq Könül Kərimovayla barışdı

 

Müğənni Xatun Əliyeva həmkarı Könül Kərimova ilə barışıb. Lent.az-ın məlumatına görə, qəfildən “Ondan sonra” verilişinin canlı efirinə qatılan X.Əliyeva göz yaşları içində  K.Kərimovaya barışıq jesti edib: “Gördüm ki, Könül Kərimova verilişdə qonaqdır. Dərhal ürək edib gəldim. Könül Kərimova hər zaman mənə hörmətlə yanaşıb. Yaxşı münasibətimiz var idi. Sadəcə onu parodiya edəndən sonra məndən küsdü. Xətrinə dəymişəm, günah məndə olub. Elə hamı da günahı məndə gördü. Ona görə də üzr istəyirəm. Bizi barışmağımızı hamı istəyirdi. Könül xanıma görə çox adam məndən küsdü. Amma mənə görə heç kim Könül xanımdan küsmədi. Burada söz verirəm, daha Könül xanımı parodiya etməyəcəm. Bir dəfə də aparıcı Lamiyəyə söz vermişdim ki, Könül xanımı parodiya etməyəcəm, amma sözümü tutmamışdım. Amma bu dəfə fikrim qətidir. Daha onu parodiya etməyəcəm. Çünki münasibətimizin pozulmasını istəmirəm”.

 

Könül Kərimova isə Xatunun jestini cavabsız qoymayıb: “Kövrək adamam, ürəyimdə kin yoxdur, amma qəlbimə dəymişdi. Amma qəlbə dəymək... Mən sadəcə küsürəm ki, harada səhv elədim? Heç zaman kimsənin qəlbinə dəyməmişəm. Hər kəs öz-özün yaxşı tanıyır, bilir ki, kimdir. Kənardan insanı başqa cür anlaya bilərlər. Amma mən bilirəm ki, kiməm. Bağışlayıram".

 

Barışan müğənnilər sonda birgə mahnı ifa ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

27 iyul 2024 , 16:18
Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55