<b>Niyam Səidəylə münasibətindən danışdı: <span style="color:red;">"Biz Təranə-Musa deyilik"  -<span style="color:red;"> VİDEO </b>
09 fevral 2017 10:11 (UTC +04:00)

Niyam Səidəylə münasibətindən danışdı: "Biz Təranə-Musa deyilik" - VİDEO

 

Müğənni Niyam Salami və həmkarı Səidə Sultan Lent.az-ın canlı yayımında qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçılar müsahibələrində bir çox məqamlardan söhbət açıblar:

- Birgə duet ifa etdiniz, birmənalı qarşılanmadı...

- Səidə Sultan: Bizdə birmənalı qarşılanmayan nəsə var ki? Hər şeyə bir qulp tapılır.

- Duet təklifi kimdən gəldi?

- Niyam Salami: Bilirsiniz, dost başqa şeydir. Gəlin bu dostluğu heç nəyə qarışdırmayaq. Nə sənətə, nə də başqa bir şeyə. Dost tam başqa bir şeydir. Hər zaman bir səhv eləyib demişəm ki, qadınla kişinin dostluğu tutmaz. Yəni hansı tərəfə fırlatsan, sevgiyə çıxır. Sonra gördüm ki, belə deyil. Səidəyə duet təklifini ilk olaraq mən etdim.

- Səidə Sultan: Yəni biz gözləmirik ki, müğənniyik, rəqabətimiz olsun. Bizim aramızda o söhbət olmayacaq. Heç istəmərəm də olsun. Niyamdan qabaq kişi müğənni dostum olub. Sonra gördüm ki, o, mənimlə rəqabət aparır. Amma ona başa sala bilmədim ki, mən ayrı, sən ayrı.

- Niyam Salami: “Yəni aramızda olmur ki, deyək ki, filan yerə getdin, niyə mənə demədin? Yəni biz Təranə Qumral və Musa Musayev deyilik ki, ər-arvad hər yerə birlikdə gedək. Adicə geyim dükanına gedəndə də Səidə üçün nəsə almağı fikirləşirəm”.

- Həmkarlarınızın bir çoxu iddia edir ki, müğənni ilə müğənninin dostluğu tutmaz.

- Səidə Sultan: O sözü dostluğu bacarmayan müğənnilər deyir.

- Niyam Salami: Çoxu paxıldı, özün tanımır. Onu deyən adamlar fikirləşmir ki, sonları ölümdür. Amma mən bilirəm. Bilirəm ki, hamı öləcək. Ona görə də belə rəqabəti niyə edim ki?! Biz insanıq, insana sevgi lazımdır.

 

Qeyd edək ki, müsahibənin ardına aşağıdakı linkdə baxa bilərsiniz. 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07