“Bu gün həyatımda ilk dəfə “kişi” olacağam”.
Bunu Lent.az-a açıqlamasında stilist Samir (Samiraldo) yeni layihəsindən söz açarkən deyib. Stilist bildirib ki, bu gecə onu əsl Samir kimi görəcəklər: “Mən əsil Samir olacağam. İndi isə Samiraldoyam. Bu gün həyatımda ilk dəfə “kişi” olacağam, kostyum geyinəcəyəm. Bu geyimi ilk dəfədir, geyinirəm. İndiyədək bu cür kişi geyimini geyinməmişəm. Yeni layihəmdə hər kəs məni fərqli görəcək. Özümü yaxşı tərəfdən göstərəcəyəm”.