Sabah "Səs Azərbaycan"ın qalibi bəlli olacaq - Faiq Ağayevdən şərh
04 mart 2016 11:39 (UTC +04:00)

Sabah "Səs Azərbaycan"ın qalibi bəlli olacaq - Faiq Ağayevdən şərh

Sabah AzTV-nin efirdə yayımlanan "Səs Azərbaycan" yarışmasının finalıdır. Lent.az-a açıqlama verən xalq artisti Faiq Ağayev bildirib ki, final gecəsinə onun tələbəsi Hüseyn Abdullayev də vəsiqə qazanıb: “Ustad-münsif olaraq Hüseynin "Səs Azərbaycan" müsabiqəsindəki çıxışlarından xeyli razıyam, onu digər finalçılara əsaslı, qüvvətli rəqib, qələbəyə tam layiq bir müğənni sayıram. Yarımfinalda duet şəklində oxuduğumuz "Skaji qlazam tvoim" mahnısında Hüseynin sərgilədiyi ifa, zənnimcə ən yüksək qiymətə layiq oldu. Müəllif - maestro Polad Bülbüloğlu, onun səsini də ifa tərzini də çox bəyənib, təriflədi. Gənc bir ifaçı üçün isə bu - çox böyük göstərici, əvəzsiz bir rəydir! Tələbəmin final mərhələsindəki ifasına layiqli qiymət almasına inanıb, onu dəyərli tamaşaçılarımıza əmanət edirəm”.

 

Qeyd edək ki, finalın qalibi yalnız sms səsverməsi ilə bəlli olacaq. Onu da əlavə edək ki, xalq artistinin tələbəsi H.Abdullayev sms səsvermə nəticələrinə görə yarımfinalın absolyut, qəti, tam lideri olub. O, yarımfinalda digər iştirakçılardan ayrı-ayrılıqda təqribən 2 dəfə daha çox səs toplayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar

Azərbaycanlı müğənni ABŞ-da öldürüldü

Azərbaycanlı müğənni ABŞ-da öldürüldü

5 iyul 2025 , 18:22
Bred Pitt  peşmandır:   "Colini sevirdim, böyük səhvlər etdim"

Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"

5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03