Rəqsanə qızından danışdı: “Onunla nikaha daxil olacaq”
21 yanvar 2013 13:23 (UTC +04:00)

Rəqsanə qızından danışdı: “Onunla nikaha daxil olacaq”

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunu sevgilisindən gizlətmək məqsədi ilə Moskvaya apardığı barədə şayiələr yayılıb. Bununla bağlı Lent.az-a açıqlama verən müğənni söylənilənlərin həqiqəti əks etdirmədiyini deyib.

 

“Mən qızımı Moskvaya karyerasını artırmaq məqsədi ilə gətirmişəm. Heç kimin övladlarımın adını həqiqətə söykənməyən yalançı məlumatda hallandırmağa ixtiyarı yoxdur. Onlar mənim mühafizəm altındadırlar. Övladım ailə quracaq yaşda deyil. O, ailə qurmaq yaşına gələndə, mən ona kimi məsləhət bilsəm, onunla da nikaha daxil olacaq. Bu, bizim ailə qərarımızdır”, - deyə müğənni bildirib.

 

Müğənni onu da bildirib ki, övladları haqqında dezinformasiya yayan hər bir kəs, əlində sübutu olmadığı təqdirdə, hüquqi yolla cəzalandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4716
avatar

Yalçın UĞUR

Oxşar yazılar