Niyam Salami İbrahim Tatlısəsin oğlunun mahnısını oxudu - <span style="color:red;">VİDEO
01 iyun 2015 11:12 (UTC +04:00)

Niyam Salami İbrahim Tatlısəsin oğlunun mahnısını oxudu - VİDEO

Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığında yenilik edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, o, Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəsin repertuarından “Kaç kərə” adlı mahnını oxuyub: “İfa etdiyim bu mahnını İdo Tatlısəsin ifasında çox bəyənirdim. Daha sonra qərara aldım ki, mən də ifa edim. Bu günə qədər bir çox türk mahnılarını oxumuşam. Düşünürəm ki, bu mahnını özüməməxsus şəkildə ifa etmişəm. Yaradıcılığım işlərimdə yeniliklərim boldur. Bir neçə mahnıma klip çəkdirməyi də düşünürəm. Bu işlər hazır olduqdan sonra mediaya təqdim edəcəm”.

N.Salaminin ifasında “Kaç kərə” adlı mahnını təqdim edirik. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar