Gənc müğənni “Qayıtmadı”
08 yanvar 2013 14:46 (UTC +04:00)

Gənc müğənni “Qayıtmadı”

Gənc müğənni Zarina Məmmədova 2013-cü ildə ilk klipini ərsəyə gətirib. Lent.az-ın məlumatına görə, “Qayıtmadı” adlı mahnıya ekran həyatı verən müğənni bir neçə günə klipin təqdimat mərasimini keçirəcək. Sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus mahnıya çəkilən klipin rejissoru Nail Naiboğludur. Klipdə müğənnin imici üzərində stilist və vizajist Elnur Həsənov çalışıb.

 

Onu da bildirək ki, “Qayıtmadı” mahnısı lirik notlar üzərində yazılıb. Burada iki gəncin sevgisindən bəhs olunur.

 

“Qayıtmadı” klipinin çəkilişləri zamanı lentə alınan bəzi görüntüləri təqdim edirik.

# 1703
avatar

Yalçın UĞUR

Oxşar yazılar