Faiq Ağayevə qarşı <span style="color:red;">TƏXRİBAT : <span style="color:red;">"Belə zülm olar?"
16 dekabr 2016 15:50 (UTC +04:00)

Faiq Ağayevə qarşı TƏXRİBAT: "Belə zülm olar?"

Xalq artisti Faiq Ağayevi özündən çıxarıblar. Lent.az-ın məlumatına görə, xalq artisti sosial şəbəkədə status yazaraq bildirib ki, dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq konserti ilə bağlı saxta biletlər satışa çıxarılıb:

 

“Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər. İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta "dəvətnamə" atıblar - susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam. Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalandan usanacaq? Adam deyillər ey, səy yığınıdır! Camaatı gic yerinə qoymusuz?! Kiriyin də!!! Jurnalist zənglərinə cavab verməkdən təngə gəlmişəm artıq. Səhərdən telefonum susmur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar