Şou-biznesin tanınmış simaları "İnstaqram” səhifələrində hər gün yeni şəkillərini təqdim edirlər.
Lent.az-ın məlumatına görə, tanınmışlar fotolarını şərhsiz paylaşsalar da, izləyiciləri həmin şəkillərə öz tənqidi və ya xoş fikirlərini yazırlar. Elə bu zaman da kimisi çəkdirdiyi şəkillərlə bilərəkdən, kimisi də bilməyərəkdən müzakirələrin mövzusu olur. Bu günün maraqlı paylaşımlarından birini müğənni Nazənin edib.
Belə ki, o, illər öncə Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəslə olan şəklini “İnstagram” səhifəsində paylaşıb. O, fotoya təəssüratını yazmağı da unutmayıb: “Nədənsə illər öncə çəkilmiş şəkli bu gün paylaşmaq istədim. Moskvada toyda olanda çəkilib. Allah şəfa versin İbrahim Tatlısəsə. Tez sağalıb, ayağa qalxsın”.
Lent.az onların maraqlı paylaşımlarını təqdim edir: